İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb
15 May 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
639
31.12.2025, 16:41
Ermənistan Zəngəzur dəhlizi (Tramp yolu) layihəsinə qarşı çıxmır.
Oxu24.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazir vurğulayıb ki, Türkiyə–Ermənistan münasibətlərində irəliləyiş ilk növbədə İrəvanla Bakı arasında razılaşmanın əldə olunmasından asılıdır.
Uraloğlu qeyd edib ki, o, həm Ermənistanın sabiq, həm də hazırkı nəqliyyat nazirləri ilə danışıqlar aparıb və bu görüşlər zamanı Ermənistanın dəhliz layihəsinin həyata keçirilməsinə mane olmaq niyyətində olmadığına dair təminatlar alıb.
“Əvvəlcə Azərbaycan və Ermənistan danışıqlar masasına əyləşməli və razılığa gəlməlidirlər. Bundan sonra Türkiyə Ermənistanla bağlı addımları mehriban qonşuluq münasibətləri çərçivəsində ata bilər. Bu, eyni zamanda Prezidentimizin mövqeyidir”,- deyə nazir bildirib.
Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizinin strateji əhəmiyyətini xüsusi vurğulayıb:
“Bu marşrut bizim üçün çox böyük dəyərə malikdir. O, eyni zamanda Türk dünyası və türk dövlətləri ilə birbaşa nəqliyyat əlaqəsini təmin edəcək”.(Modern.az)
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.