5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
804
31.12.2025, 14:24
Məşhur milad filmlərindən olan “Evdə tək”in ulduzu Makoley Kalkin pərəstişkarları üçün 3 qayda hazırlayıb.
Oxu24.com “People”a istinadən xəbər verir ki, “SmartLess” podkastının buraxılışında qonaq olan aktyor uşaqlıq yaşlarında qazandığı şöhrət barədə danışıb.
Aparıcının ona ictimai yerlərdə özünü necə aparması ilə bağlı ünvanladığı suala Kalkin belə cavab verib:
“Çölə çıxmazdan əvvəl özümü mütləq hazırlamalı oluram. Sadəcə özüm və pərəstişkarlarım üçün müəyyən qaydalar qoymuşam. Yemək masasındaykən mənə yaxınlaşmayın, bunu sevmirəm. Uşaqlarımla birlikdə olanda da yaxınlaşmayın. Qətiyyən arxamca tualetə gəlməyin. Artıq anlaylram ki, ünsiyyəti idarə edən tərəf mənəm”.
Aktyor bildirib ki, 14 yaşında olarkən normal həyat yaşamaq üçün 10 il aktyorluğa ara verib: “Mən bitirmişdim. Dedim ki, “ümid edirəm pulunuzu qazandınız, çünki mən daha olmayacam. Adımı qazandım, izimi qoydum, sərvətimi topladım. İndi işləməyimin yeganə səbəbi bunu sevməyimdir”.
Makoley Kalkin son olaraq “Zootopiya 2” animasiya filmində bir personajı səsləndirib və “Prime Video” platformasında yayımlanan “Fallout” serialının 2-ci mövsümündə rol alıb. Bununla belə, aktyor hazırda təqaüddə olduğunu deyib:
“Mən təqaüdə çıxıram, xoşuma gələn bir iş tapanda geri qayıdıram, onu edirəm və dərhal yenidən təqaüdə çıxıram. Hər işim sonuncu işimdir”.
Qeyd edək ki, M. Kalkin 1990-cı ildə çəkilmiş “Evdə tək 1”, 1992-ci ildə ekranlara çıxmış “Evdə tək 2” filmlərində Kevin rolunu canlandırıb.
Kalkin 17 yaşında aktrisa Reyçel Maynerlə ailə həyatı qurmuş, lakin onların bərabərliyi çox davam etməmişdi. Məşhurlar 2002-ci ildə boşanmaq qərarına gəlmişdi. Hazırda o, 37 yaşlı nişanlısı Brenda Sonqla birlikdədir. Onların iki övladı var. (Qafqazinfo)
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.