Azərbaycanda tanınmış həkim vəfat etdi
25 May 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
792
15.10.2025, 21:12
Ucar rayonu,Qazyan kənd sakini Həmidov Zaur Faiq oğlunun pensiyasının kəsildiyi üçün müraciət etməsi barədə xəbər vermişdik.
Rayon sakini Oxu24.com-a müraciətində əlillik dərəcəsinin olmasına baxmayaraq pensiyasının kəsildiyini və təkrar müraciət etsə də,sənədlərinin Göyçay Rayon Xəstəxanası tərəfindən sistemə vurulmaqdan imtina edildiyini bildirmişdi.
Şikayətçinin saytımıza təqdim etdiyi görüntülərdə onun həqiqətən də əlilliyinin olması və ailə üzvlərinin köməkliyi ilə hərəkət etdiyi görünür.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məsələ ilə bağlı açıqlama yayıb.
Oxu24.com-a verilən məlumata görə, Ucar rayon sakini 1976-cı il təvəllüdlü Həmidov Zaur Faiq oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Müəyyən edilib ki, vətəndaşın hazırki sağlamlıq vəziyyəti əlillik səviyyəsindədir. Lakin Zaur Həmidovun xəstəliyinə aid heç bir müayinə və müalicə sənədləri olmadığı üçün əlillik təyinatının rəsmiləşdirilməsi mümkün olmurdu.
Artıq tibb müəssisəsi tərəfindən müvafiq sənədlər təqdim edildiyi üçün vətəndaşa orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatı rəsmiləşdirilərək elektron sistemə daxil edilib.
Zaur Həmidov buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq.
Miri
15:35 / 25 May 2026
66
15:27 / 25 May 2026
74
15:06 / 25 May 2026
98
15:01 / 25 May 2026
81
14:55 / 25 May 2026
77
14:47 / 25 May 2026
166
14:42 / 25 May 2026
86
14:37 / 25 May 2026
58
14:25 / 25 May 2026
92
14:20 / 25 May 2026
902
14:05 / 25 May 2026
985
14:02 / 25 May 2026
96
13:57 / 25 May 2026
91
13:54 / 25 May 2026
115
13:49 / 25 May 2026
734
13:46 / 25 May 2026
170
13:41 / 25 May 2026
70
13:38 / 25 May 2026
77
13:36 / 25 May 2026
83
13:31 / 25 May 2026
92
13:16 / 25 May 2026
68
13:10 / 25 May 2026
317
13:07 / 25 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.