Ermənistana sərnişin daşıma AÇILACAQ? - Sülhdən sonra YENİ MARŞRUTLAR
25 May 2026, 16:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2044
15.10.2025, 12:16
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə şəhid olmuş manqa komandiri Əbdülməcid Axundovun bu gün doğum günüdür.
Oxu24.com xatırladır ki, 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub.
Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprelin 2-də Seysulan istiqamətində qəhrəmancasına şəhid olub.
Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.Haqqında filmlər çəkilib,geniş məqalələr yazılıb.
Əbdülməcid Axundovun anası Ceyran Həsənova şəhid oğlunun doğum gününü belə yad edib:
Bu gün sənin doğum günün...ad gününündə istərdin həmişə qonaqlar olsun, səni təbrikə gəlsinlər.
İndi sənin doğum gününü hamı yada salır, sənsiz səni təbrik edirlər. 32 yaş...sən heç bu yaşa çatmadın ki..23 olmamış əbədiyyətə qovuşdun. Bu fani dünyanın haqsızlıqlarını çox görmədən, günahlara batmadan, təmiz, saf qalaraq ən uca zirvədə özünə yer aldın.
Sənsizliyə dözmək çox çətindi....amma dözurəm...mənimçün yaşamaq, həyatım o qədər mənasızdı ki...omür də qısalır, yavaş - yavaş...sənə yaxınlaşıram...demək olar ki, günlərimi sayıram...
Mövludun mübarək şəhid balam. Məqamın uca, məkanın cənnət olsun bala...
Miri Məcidli
16:54 / 25 May 2026
98
16:49 / 25 May 2026
201
16:46 / 25 May 2026
75
16:40 / 25 May 2026
72
16:36 / 25 May 2026
127
16:33 / 25 May 2026
81
16:21 / 25 May 2026
284
15:35 / 25 May 2026
87
15:27 / 25 May 2026
90
15:06 / 25 May 2026
127
15:01 / 25 May 2026
104
14:55 / 25 May 2026
101
14:47 / 25 May 2026
338
14:42 / 25 May 2026
115
14:37 / 25 May 2026
71
14:25 / 25 May 2026
111
14:20 / 25 May 2026
1301
14:05 / 25 May 2026
1283
14:02 / 25 May 2026
114
13:57 / 25 May 2026
115
13:54 / 25 May 2026
139
13:49 / 25 May 2026
1191
13:46 / 25 May 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.