Ermənistana sərnişin daşıma AÇILACAQ? - Sülhdən sonra YENİ MARŞRUTLAR
25 May 2026, 16:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2248
15.10.2025, 11:45
Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin adı yenidən gündəm olub. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən 87 yaşlı akademikə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində cinayət işi açılıb.
R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.
O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.
Bu aralarda Ramiz Mehdiyevlə yanaşı, onun övladları da medianın və ictimaiyyətin maraq dairəsinə düşüb. Onlar kimdirlər, nə işlə məşğuldurlar?
Modern.az-ın məlumatına görə, Ramiz Mehdiyevin bir oğlu, bir qızı var.
Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 25.06.1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.
T.Mehdiyev hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.
Teymur Mehdiyev 5 may 2014-cü il tarixində fövqəladə hallar nazirinin müavin təyin olunub və ona general-mayor rütbəsi verilib.
Daha əvvəl o, Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tuturdu. Teymur Mehdiyev ondan öncə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva uzun illərdir elm sahəsində çalışır. O, 1970-ci ildə Moskva şəhərində dünyaya gəlib. (Həmin dövrdə atası Ramiz Mehdiyev Moskva Dövlət Universitetinin aspirantı olub).
K.Əliyeva 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində təhsil alıb. O, əmək fəaliyyətinə Zoologiya İnstitutunda başlayıb.
1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib.
Kamilə Əliyeva (həyat yoldaşı – keçmiş deputat İlham Əliyevin soyadını daşıyır) 1999-cu ildən BDU-nun psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışıb. 2010-cu ildən kafedranın professorudur.
O, 2004-cü ildən həm də BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.
Kamilə Əliyeva 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “İlin müəllimi” adına layiq görülüb.
Yeri gəlmişkən, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva əslən Gürcüstanın Poti şəhərindəndir. Qalina Mehdiyeva ilə bağlı rəsmi açıqlamada onun anasının gürcü, atasının polyak əsilli olduğu bildirilib. (modern.az)
16:54 / 25 May 2026
93
16:49 / 25 May 2026
184
16:46 / 25 May 2026
70
16:40 / 25 May 2026
68
16:36 / 25 May 2026
90
16:33 / 25 May 2026
78
16:21 / 25 May 2026
267
15:35 / 25 May 2026
86
15:27 / 25 May 2026
86
15:06 / 25 May 2026
124
15:01 / 25 May 2026
102
14:55 / 25 May 2026
98
14:47 / 25 May 2026
247
14:42 / 25 May 2026
109
14:37 / 25 May 2026
70
14:25 / 25 May 2026
108
14:20 / 25 May 2026
1260
14:05 / 25 May 2026
1257
14:02 / 25 May 2026
112
13:57 / 25 May 2026
110
13:54 / 25 May 2026
138
13:49 / 25 May 2026
1125
13:46 / 25 May 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.