İTV-nin baş direktoru bu şəxs oldu - FOTO
25 May 2026, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1187
14.10.2025, 23:08
Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının sabiq dosenti vəfat edib.
Oxu24.com xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, tanınmış alim Vahid Rzayev bu gün dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Vahid Məmməd oğlu Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyat” ixtisasını bitirib. 1979 - cu ildən müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasına müəllim təyin edilib. 1989-cu ildə “Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2001-ci ildən Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında baş müəllim, sonra dosent vəzifəsində çalışıb. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” olan Vahid Rzayev 7 kitabın, 3 metodik vəsaitin və 100 - dən artıq elmi məqalənin müəllifi olub.
18:08 / 25 May 2026
1
17:58 / 25 May 2026
39
17:51 / 25 May 2026
47
16:54 / 25 May 2026
110
16:49 / 25 May 2026
248
16:46 / 25 May 2026
84
16:40 / 25 May 2026
76
16:36 / 25 May 2026
139
16:33 / 25 May 2026
88
16:21 / 25 May 2026
328
15:35 / 25 May 2026
91
15:27 / 25 May 2026
94
15:06 / 25 May 2026
136
15:01 / 25 May 2026
108
14:55 / 25 May 2026
103
14:47 / 25 May 2026
356
14:42 / 25 May 2026
119
14:37 / 25 May 2026
73
14:25 / 25 May 2026
116
14:20 / 25 May 2026
1415
14:05 / 25 May 2026
1362
14:02 / 25 May 2026
122
13:57 / 25 May 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.