İTV-nin baş direktoru bu şəxs oldu - FOTO
25 May 2026, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
760
14.10.2025, 16:29
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) yenidən biznes sferasında aparıcı şirkətlərdən birinə çevrilmək üçün səylərini artırmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, ötən ilə 14,9 milyon vergi borcu ilə gündəmə gələn ASC-nin borcu artıq sıfırlanıb. Bu fakt "Akkord"un yenidən dirçəlməyə başladığı barədə məlumatların əsassız olmadığı qənaəti yaradır.
"Akkord Sənaye Tikinti İnvestisiya" Korporasiyası 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 83 259 750 manatdır. ASC-nin qanuni təmsilçisi Ayhan Keskinkılıçdır.
İki il əvvəl "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Müşahidə Şurası tam tərkibdə dəyişib. Vüqar Suleymanov Müşahidə Şurasının sədri vəzifəsini tərk edib, onu bu vəzifədə Malik Məmmədov əvəzləyib. Müslüm Mürsəlov və Tofiq İsayev Müşahidə Şurasının üzvü seçiliblər.
"Akkord" şirkətinin faktiki sahibi kimi 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olan Zakir Qaralovun adı çəkilir. Mediada da bu barədə kifayət qədər məlumat var.
Bu arada Gununsesi.info yazır ki, Müslüm Mürsəlovu şirkətin rəhbərliyinə məhz Zakir Qaralov gətirib. Məlumatlara görə, "Akkord"un dirçəldilməsi işğaldan azadilmiş ərazilərdə aparılan yenidənqurmə, abadlıq və tikinti işləri ilə bağlıdır. Zakir Qaralova məxsus olduğu bildirilən ASC də bu işlərdə pay sahibi olmağa çalışır.
Sayt qeyd edir ki, Müslüm Mürsəlov hazırda "Akkord"un problemlərini həll emtəklə məşğuldur.
Məlumat üçün deyək ki, bir müddət əvvəl "Akkord" şirkəti kütləvi şəkildə məhkəməyə verilib. İddiaçılar arasında "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azəriqaz" İstehsalat Birliyi, "Texnikabank” ASC, "Azturmak” MMC, Dövlət Radiotezliklər İdarəsi, "Zəyəm Texnologiyaları” ASC, "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti kimi iri biznes və dövlət qurumlarının adına da rast gəlinir.
Həmin vaxt yayılan məlumatlara görə, ümumilikdə "Akkord”a qarşı 43 iddia qaldırılıb. Onların arasında hətta şirkətin işçiləri də olub.
Görünür, Müslüm Mürsəlov məhz bu problemlərin həlli ilə məşğuldur.
18:08 / 25 May 2026
1
17:58 / 25 May 2026
39
17:51 / 25 May 2026
47
16:54 / 25 May 2026
110
16:49 / 25 May 2026
248
16:46 / 25 May 2026
84
16:40 / 25 May 2026
76
16:36 / 25 May 2026
139
16:33 / 25 May 2026
88
16:21 / 25 May 2026
328
15:35 / 25 May 2026
91
15:27 / 25 May 2026
94
15:06 / 25 May 2026
136
15:01 / 25 May 2026
108
14:55 / 25 May 2026
103
14:47 / 25 May 2026
356
14:42 / 25 May 2026
119
14:37 / 25 May 2026
73
14:25 / 25 May 2026
116
14:20 / 25 May 2026
1415
14:05 / 25 May 2026
1362
14:02 / 25 May 2026
122
13:57 / 25 May 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.