İTV-nin baş direktoru bu şəxs oldu - FOTO
25 May 2026, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
662
14.10.2025, 15:38
Ucar rayonu,Qazyan kənd sakini Həmidov Zaur Faiq oğlunun pensiyasının kəsildiyi üçün müraciət etməsi barədə xəbər vermişdik.
Rayon sakini Oxu24.com-a müraciətində əlillik dərəcəsinin olmasına baxmayaraq pensiyasının kəsildiyini və təkrar müraciət etsə də,sənədlərinin Göyçay Rayon Xəstəxanası tərəfindən sistemə vurulmaqdan imtina edildiyini bildirmişdi.
Şikayətçinin saytımıza təqdim etdiyi görüntülərdə onun həqiqətən də əlilliyinin olması və ailə üzvlərinin köməkliyi ilə hərəkət etdiyi görünür.
Məsələ ilə bağlı Oxu24.com-un Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı sorğuya rəsmi cavab verilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanovun sözlərinə görə,müəyyən edilib ki, vətəndaşın hazırki sağlamlıq vəziyyəti əlillik səviyyəsindədir.
"Ucar rayon sakini 1976-cı il təvəllüdlü Həmidov Zaur Faiq oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə 15.08.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Müəyyən edilib ki, vətəndaşın hazırki sağlamlıq vəziyyəti əlillik səviyyəsindədir. Lakin Zaur Həmidovun xəstəliyinə aid heç bir müayinə və müalicə sənədləri olmadığı üçün əlillik təyinatının rəsmiləşdirilməsi mümkün olmayıb.
Vətəndaş müvafiq tibbi sənədlərini təqdim etdiyi halda, ona əlillik təyinatı aparıla bilər.
Prosesin tezləşdirilməsi və müvafiq dəstəyin göstərilməsi üçün tibb müəssisəsi ilə əlaqə saxlanılaraq bu barədə məlumat da verilib",-deyə rəsmi şəxs açıqlamasında qeyd edib.
TƏBİB də məsələyə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib ki,Həmidov Zaur Faiq oğlunun əlilliklə bağlı müraciəti araşdırılıb.
"Araşdırmaya əsasən vətəndaşın orqanizm funksiyalarının pozulma faizinin artırılması məqsədilə C00266412MHP nömrəli göndərişi tibbi-sosial ekspertiza müayinəsinə rəsmiləşdirilib və regional tibbi sosial ekspert komissiyası tərəfindən evində əyani müayinə edilərək sənədləri aktlaşdırılıb. Vətəndaş nəticə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xətti (142) ilə əlaqə saxlayaraq məlumat əldə edə bilər",-deyə TƏBİB rəsmi açıqlamasında qeyd edir.
Oxu24.com TƏBİB-in mətbuat xidmətinin təqdim etdiyi məlumatda dəqiqləşmə apararkən məlum olub ki,bu informasiya keçən il təqdim edilən məlumatlar əsasında hazırlanıb.TƏBİB-in belə səhlənkar və qeyri-ciddi açıqlaması anlaşılan deyil.
Məlumat üçün qeyd edək ki, TƏBİB-in qeyd etdiyi C00266412MHP nömrəli göndəriş aprel ayında sistemdə qeyd olunub və həmin göndəriş imtina cavabı gəldiyi üçün qüvvəsini itirib.Görünən odur ki, TƏBİB mətbuata təqdim etdiyi cavablar kimi,vətəndaşlara da bu tərzdə yanaşır.
Məsələni diqqətdə saxlayacağıq.
Miri Məcidli
18:08 / 25 May 2026
1
17:58 / 25 May 2026
39
17:51 / 25 May 2026
47
16:54 / 25 May 2026
110
16:49 / 25 May 2026
248
16:46 / 25 May 2026
84
16:40 / 25 May 2026
76
16:36 / 25 May 2026
139
16:33 / 25 May 2026
88
16:21 / 25 May 2026
328
15:35 / 25 May 2026
91
15:27 / 25 May 2026
94
15:06 / 25 May 2026
136
15:01 / 25 May 2026
108
14:55 / 25 May 2026
103
14:47 / 25 May 2026
356
14:42 / 25 May 2026
119
14:37 / 25 May 2026
73
14:25 / 25 May 2026
116
14:20 / 25 May 2026
1415
14:05 / 25 May 2026
1362
14:02 / 25 May 2026
122
13:57 / 25 May 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.