Kamran Əsədovun məhkəməsi keçirilib
25 May 2026, 18:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2911
14.10.2025, 14:31
"25 dəfə təcili yardıma zəng etdim,çağırışa gəlmədilər".
Bu sözləri Oxu24.com-a İmişli rayonu,Aranlı kənd sakini Məmmədov Ziya Cəmşid oğlu bildirib.
Şikayətçinin sözlərinə görə, 12 oktyabr 2025-ci il tarixində təxminən 23:50 radələrində atası Cəmşid Məmmədovun vəziyyətinin pisləşməsi ilə əlaqədar 103 çağrı mərkəzinə zəng edib. Vətəndaş dəfələrlə müraciət etməsinə baxmayaraq İmişli Rayon Mərkəzi Xəstəxanasından təcili yardım avtomobili ayrılmayıb.Əlacsız halda qalan kənd sakini DİN-in 102 çağrı mərkəzindən kömək istəyib.
"Atam infarkt keçirib.Gecə qəfil halı pisləşdi.İmişli xəstəxanasından yardım istəsək də,gələn olmadı.Atamı ağır vəziyyətdə şəxsi avtomobilim ilə Cəbrayıl qəsəbəsində yerləşən tibb məntəqəsinə apardım.Ordan da rayon xəstəxanasından təcili yardım maşını istəsələr də, gələn olmadı.Daha sonra öz hesabımıza atamı İmişli Rayon Xəstəxanasına apardıq.Xəstəxananın baş həkimi Şahin Qurbanov mənə dedi ki, maşın axtarmağınızdan xəbərim olub.Amma niyə kömək etmədiniz,sualına cavab vermədi..."
Oxu24.com məsələ ilə bağlı sözügedən xəstəxananın direktoru Şahin Qurbanovla əlaqə saxlayıb.O,saytımıza açıqlamasında məsələdən xəbəri olduğunu təsdiqləyib.
"Təcili tibbi yardım avtomobilləri mənə tabe deyil.Onlar TƏBİB-in tərkibindədir.Sadəcə olaraq xəstəxananın ərazisində məskunlaşıblar",-deyə direktor bildirib.
Məsələ ilə bağlı TƏBİB-ə də sorğu ünvanladıq.
Vətəndaşın təqdim etdiyi görüntüləri təqdim edirik:
Hazırladı: Miri Məcidli
18:21 / 25 May 2026
13
18:08 / 25 May 2026
64
17:58 / 25 May 2026
61
17:51 / 25 May 2026
59
16:54 / 25 May 2026
122
16:49 / 25 May 2026
283
16:46 / 25 May 2026
88
16:40 / 25 May 2026
82
16:36 / 25 May 2026
152
16:33 / 25 May 2026
94
16:21 / 25 May 2026
381
15:35 / 25 May 2026
97
15:27 / 25 May 2026
96
15:06 / 25 May 2026
140
15:01 / 25 May 2026
111
14:55 / 25 May 2026
106
14:47 / 25 May 2026
382
14:42 / 25 May 2026
122
14:37 / 25 May 2026
77
14:25 / 25 May 2026
118
14:20 / 25 May 2026
1526
14:05 / 25 May 2026
1453
14:02 / 25 May 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.