Yüksək vəzifəli şəxs VƏFAT ETDİ
26 Dekabr 2025, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
14.10.2025, 09:59
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma yerləri təşkil edib.
Oxu24.com agentliyə istinadən xəbər verir ki, ödənişli parklanma məntəqələri Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarlər, 1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Dilarə Qədirbəyova və Adil Məmmədov küçələrində yaradılaraq sürücülərin istifadəsinə verib.
Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.
Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.
Həmçinin oxuyun
Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyə qədər parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
12:56 / 26 Dekabr 2025
35
12:50 / 26 Dekabr 2025
18
12:48 / 26 Dekabr 2025
20
12:39 / 26 Dekabr 2025
36
12:38 / 26 Dekabr 2025
24
12:33 / 26 Dekabr 2025
34
12:26 / 26 Dekabr 2025
234
12:23 / 26 Dekabr 2025
31
12:17 / 26 Dekabr 2025
26
12:08 / 26 Dekabr 2025
32
12:02 / 26 Dekabr 2025
36
12:00 / 26 Dekabr 2025
26
11:51 / 26 Dekabr 2025
82
11:50 / 26 Dekabr 2025
912
11:33 / 26 Dekabr 2025
49
11:29 / 26 Dekabr 2025
42
11:20 / 26 Dekabr 2025
239
11:15 / 26 Dekabr 2025
38
11:01 / 26 Dekabr 2025
1722
10:51 / 26 Dekabr 2025
44
10:42 / 26 Dekabr 2025
194
10:30 / 26 Dekabr 2025
51
10:27 / 26 Dekabr 2025
438
10:17 / 26 Dekabr 2025
51
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.