Nazir şad xəbəri AÇIQLADI: 2030-cu ilədək...
25 May 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1831
10.10.2025, 13:40
Milli Məclis yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Yeni layihədə daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.
Sənəd altı fəsil, otuz maddədən ibarətdir.
Müzakirədə qeyd edilib ki, hazırda Azərbaycanın daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş "Daxili qoşunların statusu haqqında" qanunu ilə tənzimlənir.
Bildirilib ki, təklif olunan yeni qanun layihəsinin qəbulu ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələblərinə əsasən, normayaratma texnikasına uyğun hazırlanıb.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
23:26 / 25 May 2026
7
23:24 / 25 May 2026
16
23:22 / 25 May 2026
26
23:17 / 25 May 2026
43
23:13 / 25 May 2026
30
23:12 / 25 May 2026
29
23:07 / 25 May 2026
48
23:04 / 25 May 2026
44
23:01 / 25 May 2026
87
22:57 / 25 May 2026
61
22:54 / 25 May 2026
54
22:49 / 25 May 2026
64
22:48 / 25 May 2026
57
22:39 / 25 May 2026
57
22:35 / 25 May 2026
66
22:30 / 25 May 2026
73
22:27 / 25 May 2026
77
22:20 / 25 May 2026
78
22:18 / 25 May 2026
102
22:14 / 25 May 2026
72
22:09 / 25 May 2026
77
22:05 / 25 May 2026
955
21:57 / 25 May 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.