Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda qaz olmayacaq

Sumqayıtda qaz olmayacaq

CƏMİYYƏT

560

08.10.2025, 19:32

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən  verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.