İş günlərinin yeri dəyişdirildi
05 Dekabr 2025, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
539
07.10.2025, 15:58
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA TOPLANTIDA ÇIXIŞ EDİB
7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının XII toplantısı keçirilib.
Tolantıda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Yermek Koşerbayev, Qırğızıstan Respublikasının Xarici İşlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Baxtiyor Saidov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev eləcə də hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova toplantıda iştirak və çıxış edib.
Həmçinin oxuyun
Xanım Raimkulova Azərbaycan tərəfinə səmimi qonaqpərvərlik və Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. O, qeyd edib ki, sülh və təhlükəsizlik mövzusu dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi və gələcək nəsillər üçün mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxışının davamında Türk Mədəniyyəti və İrsi Fondunun cari ildə gördüyü işlər barədə ətraflı məruzə edərək xanım Raimkulova söyləyib:
“2025-ci ildə biz restavrasiya, muzeyləşdirmə, rəqəmsallaşdırma və mübadilə proqramlarını əhatə edən 65 layihə həyata keçirdik. Bütün təşəbbüslərimizdə inteqrasiya, əməkdaşlıq və birliyə üstünlük veririk. Türk Dünyasına Baxış-2040 sənədinə və Astana Nizamnaməsinə uyğun olaraq biz ilk “Türk Dünyası Mədəni İrsinin Çoxdilli Kataloqu”nu nəşr etdik. Bu nəşr gələcəkdə “Turkic Heritage” (“Türk İrsi”) adlı Rəqəmsal Platformanın əsasını təşkil edəcək.
Eyni zamanda, Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi ilə çoxcildli “Türk Folklor İrsi” Antologiyasını həyata keçirdik.
YUNESKO Parisdəki baş-qərargahında “Divani Lüğət ət-Türk”-ün 950 illiyinə həsr olunan beynəlxalq konfrans təşkil etdik.
Fondumuz “Türk Dünyasına Baxış 2040” və “TURKTIME” sənədlərinə əsaslanaraq YUNESKO, İSESKO və Türk əməkdaşlıq təşkilatları ilə tərəfdaşlıqları gücləndirməyə davam edir”.
Xanım Aktotı Raimkulovanın sözlərinə görə, bu ilin may ayında Budapeştdə keçirilən Qeyri-rəsmi Zirvə Görüşündə Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi qəbul olunması barədə tarixi qərar qəbul edilib ki, bu da Türk ailəsini daha da zənginləşdirib.
Fond rəhbəri, həmçinin, Türkmənistanın müşahidəçi kimi qoşulmaq istəyini mühüm addım kimi qiymətləndirib və bu ölkənin yaxın gələcəkdə tamhüquqlu üzv qismində ailəyə qatılacağına ümid etdiyini bildirib.
Fondun prezidentinin çıxışı Türk dövlətləri arasında mədəni həmrəyliyin və birliyin daha da güclənməsinə çağırışla yekunlaşıb.
12:41 / 05 Dekabr 2025
1
12:36 / 05 Dekabr 2025
12
12:34 / 05 Dekabr 2025
24
12:32 / 05 Dekabr 2025
12
12:32 / 05 Dekabr 2025
12
12:22 / 05 Dekabr 2025
20
12:03 / 05 Dekabr 2025
718
11:55 / 05 Dekabr 2025
39
11:48 / 05 Dekabr 2025
50
11:42 / 05 Dekabr 2025
167
11:36 / 05 Dekabr 2025
120
11:33 / 05 Dekabr 2025
126
11:17 / 05 Dekabr 2025
750
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
133
10:52 / 05 Dekabr 2025
45
10:46 / 05 Dekabr 2025
70
10:44 / 05 Dekabr 2025
45
10:34 / 05 Dekabr 2025
242
10:30 / 05 Dekabr 2025
314
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
50
10:13 / 05 Dekabr 2025
81
10:10 / 05 Dekabr 2025
59
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.