Bayram günlərinin havası AÇIQLANDI
26 May 2026, 12:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
569
04.10.2025, 12:50
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb
Bu barədə Oxu24.com-a Dövlət Sərhəd Хidməti məlumat verib.
Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilmişdir.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.
Azərbaycan Respublikası ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılmış, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilmişdir.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilmişdir.
Sərhəd pozucularının üzərindən aşkar edilmiş “Garmin” markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslam Respublikası ərazisindən 1074 km məsafə qət edib Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilmişdir.
Saxlanılmış “Layner” tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülmüşdür.
Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində “Niva” markalı nəqliyyat vasitəsində 4 (dörd) nəfər Azərbaycan Respublikası vətəndaşı şübhəli şəxs qismində saxlanılmışdır.
Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.
12:53 / 26 May 2026
1
12:18 / 26 May 2026
70
12:14 / 26 May 2026
62
12:13 / 26 May 2026
56
12:11 / 26 May 2026
65
12:09 / 26 May 2026
57
12:04 / 26 May 2026
162
12:02 / 26 May 2026
68
12:02 / 26 May 2026
59
12:01 / 26 May 2026
66
11:50 / 26 May 2026
88
11:49 / 26 May 2026
59
11:37 / 26 May 2026
74
11:30 / 26 May 2026
78
11:21 / 26 May 2026
71
11:20 / 26 May 2026
76
11:17 / 26 May 2026
76
10:56 / 26 May 2026
250
10:55 / 26 May 2026
82
10:50 / 26 May 2026
83
10:40 / 26 May 2026
381
10:35 / 26 May 2026
97
10:33 / 26 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.