Bayram günlərinin havası AÇIQLANDI
26 May 2026, 12:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
564
04.10.2025, 11:19
Bu gün Vətən Müharibəsi Qəhrəmanı - şəhid polkovnik Zaur Nudirəliyevin anım günüdür!
Dərin ehtiramla yad edirik!
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, USTA dərəcəli pilot Zaur İsmayıl oğlu Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995-2000-ci illərdə isə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbində "təyyarəçi" ixtisası üzrə təhsil alıb. Həmçinin 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil alıb. 2000-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət etməyə başlayan Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində bir çox mükafatlara layiq görülüb. Polkovnik Zaur Nudirəliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uçuşu uğurla başa vuraraq xeyli düşmən texnika və canlı qüvvəsini məhv edib. Oktyabr ayının 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşu zamanı Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi düşmən Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulub. Ağır yaralanmasına baxmayaraq polkovnik Zaur Nudirəliyev düşmən tərəfinə əsir düşməmək üçün təyyarədən katapult etməyib və təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırparaq qəhrəmancasına şəhid olub.
Zaur Nudirəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
12:53 / 26 May 2026
1
12:18 / 26 May 2026
70
12:14 / 26 May 2026
62
12:13 / 26 May 2026
56
12:11 / 26 May 2026
65
12:09 / 26 May 2026
57
12:04 / 26 May 2026
162
12:02 / 26 May 2026
68
12:02 / 26 May 2026
59
12:01 / 26 May 2026
66
11:50 / 26 May 2026
88
11:49 / 26 May 2026
59
11:37 / 26 May 2026
74
11:30 / 26 May 2026
78
11:21 / 26 May 2026
71
11:20 / 26 May 2026
76
11:17 / 26 May 2026
76
10:56 / 26 May 2026
250
10:55 / 26 May 2026
82
10:50 / 26 May 2026
83
10:40 / 26 May 2026
381
10:35 / 26 May 2026
97
10:33 / 26 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.