Tarakan, qarışqa, milçək, ağcaqanad... Onları qovmağın ən sadə üsulu
28 May 2026, 01:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
647
21.09.2025, 11:05
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin xanımı Gülsəfa Cəfərova sosial şəbəkə hesabında atdığı addımla diqqət çəkib.
Oxu24.com xəbər verir ki, G.Cəfərova həyat yoldaşı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, instaqram hesabına əl gəzdirib, bahalı həyat tərzini əks etdirən fotolarını böyük qismini platformadan silib.
Bundan başqa, o, “story” bölməsində etdiyi paylaşımlarla da diqqətimizi çəkib. İndiyədək lüks paylaşımlarla daha çox ön plana çıxan Cəfərovanın budəfəki instaqram hekayəsində “Quran”dan “Hud” sürəsinin 18-ci ayəsi öz əksini tapıb.
Həmin ayədə deyilir:
“Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!”
Gülsəfa Cəfərovanın digər paylaşımı da ərinin həbsinin təsirində etdiyi heç kimdə şübhə doğurmur:
“İstər itki acısı, istər qarışıqlığın ağırlığı, istərsə də həyatın sınaqları ilə qarşılaşsanız da, bilin ki, tək deyilsiniz. Bu hissləri parçalayanlar üçün Allah sizin qəlbinizi ən yaxşısına yönəltsin. Şəfa axtaranlara Allah dərdini yüngülləşdirsin, qüvvət versin. Səbirlə gözləyənlər üçün hekayəniz hələ görə bilmədiyiniz şəkildə gözəl şəkildə inkişaf edir. Sizin dözümlülüyünüz Allah tərəfindən diqqətdən kənarda qalmır”.
Xəbəri rus dilində oxuyun: Жена Ахмедзаде поделилась сурой из Корана после его ареста
Gülsəfa Cəfərovanın bu paylaşımları birmənalı qarşılanmayıb.
Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.
01:29 / 28 May 2026
188
00:21 / 28 May 2026
142
00:12 / 28 May 2026
100
00:08 / 28 May 2026
101
00:02 / 28 May 2026
180
23:30 / 27 May 2026
672
23:09 / 27 May 2026
109
23:05 / 27 May 2026
1462
23:01 / 27 May 2026
98
22:43 / 27 May 2026
113
22:41 / 27 May 2026
158
22:35 / 27 May 2026
1255
22:31 / 27 May 2026
128
22:25 / 27 May 2026
129
22:15 / 27 May 2026
110
22:11 / 27 May 2026
158
21:53 / 27 May 2026
1199
21:23 / 27 May 2026
122
21:18 / 27 May 2026
484
21:16 / 27 May 2026
115
21:05 / 27 May 2026
892
20:53 / 27 May 2026
117
20:51 / 27 May 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.