Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
20 Noyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
614
30.12.2024, 10:15
"Havaların kəskin soyuması bizim iqlimə adaptasiya olmuş orqanizm üçün müəyyən çətinliklər yaradır".
Bu sözləri terapevt Günay Lətifova deyib.
Onun sözlərinə görə, soyuq ölkələrdə yaşayan insanlar artıq belə hava şəraitinə adaptasiya olduqları üçün onların orqanizmləri bunu normal şəkildə qəbul edir:
"Lakin Azərbaycanda stabil hava şəraiti hökm sürdüyü üçün bizim orqanizmimiz buna hazırlıqlı deyil".
Həkim vurğulayıb ki, xroniki xəstəliyi olan insanlar belə havalarda daha diqqətli olmalıdırlar:
"Geyimlərinizi seçərkən diqqətli olmağınızı məsləhət görürük. Hava şəraiti sizləri yanıltmasın. Həddindən artıq qalın və ya nazik geyinmək belə hava şəraitində xəstəliyə gətirib çıxarır".
Günay Lətifov bildirib ki, hər hansı bir prosedurdan ( ev şəraitində banka qoymaq, hicama etdirmək və s.) keçənlər öz sağlamlıqlarına daha diqqətli yanaşmalıdırlar.
"Boğaz və ya baş ağrısı, burun axması, öskürək kimi xəstəlik əlamətləri ilə üzbəüz qaldıqda həkimə müraciət etmək vacibdir. Çünki insanlar özlərini müalicə etdiyi zaman təəssüf ki, bakterial xəstəliyi antivirus, və ya virusu bakterial preparatlarla müalicə etdikləri üçün müəyyən əks-göstərişlərə səbəb ola bilirlər", - deyə terapevt əlavə edib.
Qeyd edək ki, son günlərdə Azərbaycanda havalar kəskin soyuyub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, soyuq havaların hələ davam edəcəyi gözlənilir.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.