Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
840
17.05.2026, 19:02
Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir.
Oxu24.com xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.
“Ümid edirəm ki, Serbiya və Azərbaycan arasında əməkdaşlığımız üçün yeni sahələr tapacağıq. Çünki ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik”, - deyə Prezident qeyd edib.
O bildirib ki, Serbiyada, xüsusilə ölkənin şərq hissəsində yerləşən spa və dağ kurortları toxunulmamış təbiətə malikdir: “Serbiya tərəfi Azərbaycan investorlarını ölkəyə cəlb etməyə çalışır və bunu qarşılıqlı əməkdaşlıq kimi qiymətləndirir”.
O əlavə edib ki, Serbiya investorları da Bakı və Azərbaycanın digər bölgələrinə investisiya yatırmaqda maraqlıdırlar.
Aleksandar Vuçiç iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayaraq bildirib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
18:39 / 11 Noyabr 2026
3
18:35 / 11 Noyabr 2026
28
18:30 / 11 Noyabr 2026
76
18:29 / 11 Noyabr 2026
70
18:23 / 11 Noyabr 2026
60
18:17 / 11 Noyabr 2026
116
18:13 / 11 Noyabr 2026
92
18:06 / 11 Noyabr 2026
426
18:01 / 11 Noyabr 2026
73
17:42 / 11 Noyabr 2026
203
17:40 / 11 Noyabr 2026
150
17:35 / 11 Noyabr 2026
221
17:16 / 11 Noyabr 2026
95
17:13 / 11 Noyabr 2026
191
17:12 / 11 Noyabr 2026
98
16:35 / 11 Noyabr 2026
110
16:07 / 11 Noyabr 2026
160
16:04 / 11 Noyabr 2026
359
16:01 / 11 Noyabr 2026
125
16:00 / 11 Noyabr 2026
104
15:50 / 11 Noyabr 2026
121
15:50 / 11 Noyabr 2026
130
15:40 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.