Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
672
07.05.2026, 20:11
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, WUF13-ün başlanmasına az vaxt qaldığını və mayın 17-dən 22-dək Bakı şəhərinin dünyanın şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalarından birinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Samir Nuriyev WUF13-ün Azərbaycanın müasir şəhərsalma baxışının, dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələrin, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq modelinin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Cari 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin WUF13-ün əhəmiyyətini daha da artırdığı qeyd olunub. Belə ki, Forumun bu çərçivədə il ərzində həyata keçirilən tədbirlərin məntiqi davamı və əsas beynəlxalq mərhələsi kimi çıxış etdiyi diqqətə çatdırılıb.
Samir Nuriyev Forumda iştirak üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxsin qeydiyyatdan keçdiyini, onların təxminən yarısının xarici nümayəndələr təşkil etdiyini bildirərək, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu qeyd edib.
Təşkilat Komitəsinin sədri Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçiriləcək Liderlərin Bəyanatları seqmentinin Forumun siyasi və substantiv baxımdan əsas yeniliklərindən biri olduğunu, bu toplantının şəhərsalma və dayanıqlı məskunlaşma məsələlərini ali səviyyəli qlobal müzakirə predmetinə çevirəcəyini diqqətə çatdırıb.
Liderlər seqmentinə, həmçinin Azərbaycanın sədrliyi ilə keçiriləcək WUF13 Nazirlər Görüşünə, Azərbaycan tərəfindən təşkil olunacaq Xüsusi Sessiyaya, Azərbaycan pavilyonunda nəzərdə tutulan tədbirlərə və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin təqdimatına hazırlığın xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, protokol, nəqliyyat və təşkilati-logistika sahələrində görülmüş işlər, habelə gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, WUF13-ün Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində formalaşmış müsbət təcrübəsinin növbəti uğurlu nümunəsinə çevriləcəyinə əminliyini bildirib.
Samir Nuriyev WUF13-ə hazırlıq prosesinin yekun mərhələsində aidiyyəti qurumlar tərəfindən müvafiq məsələlərin operativ və uzlaşdırılmış qaydada həll edilməsi, həmçinin bütün istiqamətlər üzrə işlərin daha da intensivləşdirilməsi və başa çatdırılması barədə tapşırıqlar verib.Modern.az



23:18 / 27 İyul 2026
2
22:44 / 27 İyul 2026
45
22:24 / 27 İyul 2026
48
21:47 / 27 İyul 2026
142
21:29 / 27 İyul 2026
66
20:50 / 27 İyul 2026
65
20:19 / 27 İyul 2026
87
20:00 / 27 İyul 2026
103
19:59 / 27 İyul 2026
79
19:46 / 27 İyul 2026
549
19:30 / 27 İyul 2026
112
19:15 / 27 İyul 2026
90
19:13 / 27 İyul 2026
108
19:02 / 27 İyul 2026
94
18:48 / 27 İyul 2026
898
18:45 / 27 İyul 2026
114
18:33 / 27 İyul 2026
81
18:30 / 27 İyul 2026
892
18:22 / 27 İyul 2026
83
18:20 / 27 İyul 2026
2878
18:10 / 27 İyul 2026
104
17:59 / 27 İyul 2026
95
17:40 / 27 İyul 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.