Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67901
az

Seksdən imtinanın orqanizmə 5 təhlükəli təsiri – Kişi və qadın fərqi

09:4707 Aprel, 2022
991
TİBB
  • A

Bütün xəstəliklər əsəbdəndir. Əsəbin bir səbəbi isə normal cinsi münasibət və intim həyatın olmamasıdır.

Alimlər son illər insanların, xüsusən kişilərin də intim əlaqəyə istək və həvəsinin azalması barədə həyəcan təbili çalır.

Lakin bəzən şərait, şərtlər və həyat qadın və kişiləri könüllü seksdən uzaq durmağa, qorunmağa, imtinaya vadar edir.

Tarixən seksdən ancaq dinir rahiblər, monastırda rahibələr və müqəddəs insanlar, bəzi yoqlar imtina edərdi.

Onlar seksin verə biləcəyi üstünlükləri başqa ruhi mənbələrdən alırlar.

Medicina.az uzun müddət (ən qısası 9 ay, ən uzun 2 il) intim əlaqənin olmamasının orqanizmə, sağlamlığa 5 təhlükəli fəsadını təqdim edir.

1. Prostat vəzi xəstəlikləri, xərçəngi

Müntəzəm sağlam cinsi əlaqə kişilərdə 40-50 yaş arası prostatit və prostat xərçəngi yaranma riskini 4 dəfə azaldır.
Ayda 15 dəfə münasibətdə olanlarda bu risk ayda 5 dəfədən daha azdır.

Həkimlər bunun səbəbini onunla izah edir ki, uzun müddət cinsi münasibət olmadıqda prostatitdə durğunluq yaradır, toxum hüceyrələrinin yenilənməsinə mane olur.

Amma onkoloqlar qeyd edir ki, əgər irsi olaraq nəsildə babada, atada, əmidə prostat xərçəngi olubsa, bu kişilər 40 yaşdan sorna PSA analizi verib mütləq yoxlanmalıdırlar.

2. Ürək, qan-damar sistemində problemlər

Britaniyalı alimlər sübut edib ki, müntəzəm cinsi əlaqə ilə ürək sağlamlığı arasında əlaqə var.

Həftədə 2 dəfə normal cinsi münasibətdə olan kişi və qadınların ürək-damar sistemi ayda cəmi 3-4 dəfə əlaqədə olanlardan daha sağlam olur.

 

3. Qadınlarda kiçik çanaq orqanları durğunluğu, ağrılı menstruasiya, pozulmalar və dəridə qocalma

Qadınlarda həftədə 2-3 dəfə normal, sağlam cinsi münasibət yoxdursa, onlarda endorfin hormonları azalır, dəri qocalır, təravət və gözəllik göstəriciləri düşür.

Eləcə də seks zamanı hərəkətlilik və enerji itkisi aşağı çanaq orqanlarında qan durğunluğunu aradan qaldırır, bu da menstruasiya zamanı ağrılara qarşıdır.

4. İmmunitet zəifləyir

Xüsusən payız-qış mövsümündə seksdən uzaq durmaq, imtina bütün immunitetin zəifləməsinə, nəticədə soyuqdəymə və viruslara tez-tez tutulmağa səbəb olur. Alimlər gənc tələbələr arasında apardıqları elmi təcrübədə sübut ediblər ki, həftədə 2 dəfə əlaqədə olanlarda immunoqlobulin fikrini dərsə verib, seksdən uzaq duran əlaçı tələbələrdən 2 dəfə daha yüksək olub.

5. Xroniki yorğunluq, psixi zəiflik, işdə uğursuzluq

Qadınlarda uzun müddət intim münasibətin olmaması onları daha qıcıqlı, impulsiv və kəskin edir. Həm qadınlar, həm kişilər bəzən qeyri-adekvat davranır, işdə uğursuzluqları çox olur, daim yorğunluqdan gileylənirlər.

Alimlər qeyd edir ki, hər şey qarşılıqlı istək, partnyorların uyğunluğundan və orqanizmin libid səviyyəsindən asılıdır. Əgər kimsə intim həyatından narazıdırsa, bunu gizlədib, ört-basdır edib, dostların yanında hər şey əladır kimi davranmağa dəyməz. Problem varsa həll olunmalıdır.

Söhbət birdəfəlik partnyorlarla bir gecəlik seksdən getmir. Bu əlaqələrin xeyrindən çox zərəri var.
Eləcə də mütləq həftədə 3-4 dəfə baş verməlidir deyə rəqəm hesablamağa dəyməz.


Faydalı əlaqə saydan yox, keyfiyyətdən asılıdır. Xüsusən qadınlar üçün ekstaz həddi olmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
COVID virusu xərçəngin müalicəsində  istifadə  olunacaq
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi