Qaynar xətt:

(+99450) 247 90 86

Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək 

Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək 

SİYASƏT

63

31.10.2026, 19:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kubada dövlət quruluşu onun hakimiyyətinin sonuna qədər, bəlkə də daha tez dəyişəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Tramp jurnalist Benni Consona müsahibəsində bildirib.

"Biz Kubanı diqqətlə izləyirik və (ABŞ dövlət katibi) Marko Rubio bununla çox ciddi məşğul olur. Onun valideynləri Kubadandır və 2,5 il ərzində bizdə bu məsələdə hər şey alınacaq, əslində, bəlkə də daha tez", - Tramp qeyd edib.

Vaşinqton administrasiyasının rəhbəri digər təzyiq metodları işə yaramasa, adada Venesuela ssenarisini də istisna etməyib.

"Qulaq asın, bu, iflasa uğramış ölkədir (Kuba - red.). Baxın, biz Venesuela ilə nə etdik və orada hər şey çox yaxşı olacaq. Əvvəlcə biz orada işi sona çatdıracağıq, sonra isə, ehtimal ki, digəri ilə məşğul olacağıq. Amma Venesuela ilə hər şey möhtəşəm keçib. İndi isə biz İran adlı ölkə ilə məşğuluq, onu nüvə silahından məhrum edirik", - Amerika lideri jurnalistin sualına cavab verib.