Xroniki stress beynin fəaliyyətinə necə təsir edir? – Nevroloqdan AÇIQLAMA
04 Noyabr 2026, 16:58
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1226
17.02.2022, 00:10
Çoxları klimaksın yalnız qadınlara məxsus bir dövr olduğunu düşünür. Amma kişilər arasında da klimaks baş verir.
Qadınlarda 45 yaşdan sonra başlayan bu problem kişilərdə daha erkən yaranır. 35 yaş tamam olduqdan sonra kişi yumurtalıqları hər gün əvvəlkindən az testosteron hazırlamağa başlayır. Testosteronun miqdarının bu cür azalması tədricən hiss olunur. O, özünü 20 il ərzində büruzə verir. Bu dəyişikliklər klimaks xəstəliyinin yaranmasına səbəb olur. Tibb elmində «andropauza» adı ilə tanınan xəstəlik kişilərdə sonsuzluğa gətirib çıxarır.
Medicina.az axsam.az-a istinadən xəbər verir ki, xəstəlik gizli inkişaf etdiyi üçün kişilərə 35 yaşdan sonra ildə ən az 3 dəfə həkim müayinəsindən keçmələri məsləhət görülür.
Çünki xəstəlik kişilərdə hormonal dəyişikliklərlə nəticələnir. Xəstəlik zamanı testosteron öz oxu ətrafından çıxır. Hüceyrələr onu qəbul və ifrazetmə qabiliyyətini itirir.
Eyni zamanda testosteron qəbul edən hüceyrələr də zəifləməyə başlayır. Kişilərdə klimaks dövründə cinsiyyət vəzilərinin funksiyası itir.
Klimaksın erkən yaşda başlamasının səbəbləri:
· Stress
· Oturaq iş şəraiti
· Düzgün qidalanmamaq
· İstirahət rejiminin olmaması
· Aqressivlik
· Peşə xəstəlikləri
· Kompüter qarşısında həddindən çox oturmaq
Əlamətləri:
· İstilik
· Hava çatışmazlığı
· Başgicəllənmə halları
· Yorğunluq hissi
· Gərginlik
· Yuxusuzluq
Fəsadları:
Kişilər bu ərəfədə tez-tez depressiyaya düşürlər. Klimakterik dövrdə kişilərdə ürək-damar sistemi, sinir sistemi, cinsiyyət orqanları, sidik və endokrin sistemdə pozulmalar baş verir. Kişilərin 10-20 faizində məhz bu dövrdə nevroz xəstəliyi baş verir.
Xəstəliyi sürətləndirən proseslər:
Bəzi dərman preparatlarının qəbulu kişi klimaksının erkən yaşda başlamasına və sürətli getməsinə gətirib çıxarır. Bunlar arasında kardioloji preparatlar birinci sıradadır.
Profilaktik tədbir:
Gün ərzində təmiz havada gəzməli, idmanla məşğul olmalı, «fast-food»dan kənar durmalıdır.
22:03 / 04 Noyabr 2026
1
21:58 / 04 Noyabr 2026
28
21:46 / 04 Noyabr 2026
44
21:39 / 04 Noyabr 2026
86
21:32 / 04 Noyabr 2026
52
21:28 / 04 Noyabr 2026
57
21:26 / 04 Noyabr 2026
144
21:13 / 04 Noyabr 2026
174
21:04 / 04 Noyabr 2026
82
21:03 / 04 Noyabr 2026
102
21:00 / 04 Noyabr 2026
94
20:58 / 04 Noyabr 2026
72
20:54 / 04 Noyabr 2026
6
20:51 / 04 Noyabr 2026
77
20:47 / 04 Noyabr 2026
80
20:44 / 04 Noyabr 2026
116
20:41 / 04 Noyabr 2026
86
20:33 / 04 Noyabr 2026
295
20:28 / 04 Noyabr 2026
172
20:26 / 04 Noyabr 2026
180
20:21 / 04 Noyabr 2026
89
20:13 / 04 Noyabr 2026
98
20:08 / 04 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.