Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya bu sayda PUA vurdu

Rusiya bu sayda PUA vurdu

DÜNYA

42

04.11.2026, 21:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında bildirilib ki, Hava Hücumundan Müdafiə Qüvvələri bir gündə Rusiya bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 46 pilotsuz təyyarəni vurub.

Oxu24.com xəbər verir  ki,nazirliyin məlumatına görə, pilotsuz təyyarələr Kursk, Bryansk, Belqorod, Tümen, Sverdlovsk, Saratov, Samara və Ulyanovsk vilayətləri üzərində məhv edilib. Dronlar həmçinin Moskva vilayəti, Başqırdıstan, Tatarıstan, Krım və Perm diyarı üzərində də vurulub.

Müdafiə Nazirliyi əlavə edib ki, hücum cəhdləri Moskva vaxtı ilə saat 8:00 ilə 20:00 arasında qeydə alınıb. 

Bir neçə saat əvvəl Tümen vilayətinin qubernatoru Aleksandr Mur hava hücumundan müdafiə qüvvələrinin və mobil yanğınsöndürmə qruplarının bölgəyə Ukrayna pilotsuz təyyarəsinin hücumunu dəf etdiyini bildirib. Rəsmi şəxs sənaye obyektlərinə heç bir ziyan dəymədiyini və itki olmadığını bildirib. 

Jalə