Qaynar xətt:

(+99450) 247 90 86

Autizmli uşaqlar bu səbəbdən doğulurmuş

Autizmli uşaqlar bu səbəbdən doğulurmuş

TİBB

77

03.11.2026, 22:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ananın hamiləlik zamanı sağlamlığı uşaqda autizm spektr pozuntusu ilə əlaqəli ola bilər.

Bunu Oxu24.com-a həkim Fərhad Burzu bildirib.

"ABŞ-da 224 353 uşaq üzərində aparılan genişmiqyaslı araşdırma hamiləlik dövründə ananın sağlamlıq vəziyyəti ilə autizm arasında əlaqəni ortaya qoyub. Tədqiqatda uşaqların 2,4%-nə autizm diaqnozu qoyulub.

Artıq çəki və piylənmə, depressiya, astma, eləcə də hamiləlik ağırlaşmaları analarda autizmlə daha güclü əlaqə göstərib. Bununla belə, əksər ana sağlamlığı faktorlarının autizmlə əlaqəsi müxtəlif etnik qruplarda da oxşar olub.

Tədqiqatçılar bu fərqlərin səhiyyə xidmətlərinə çıxış imkanları, diaqnostik yanaşmalar, eləcə də genetik və ətraf mühit faktorları ilə əlaqəli ola biləcəyini bildirirlər.

Qeyd etmək vacibdir ki, bu nəticələr səbəb-nəticə əlaqəsini sübut etmir. Autizmin yaranma səbəbləri hələ tam aydınlaşdırılmayıb. Ana sağlamlığının qorunması və hamiləlik dövründə müntəzəm tibbi nəzarət isə hər zaman mühüm əhəmiyyət daşıyır",-deyə həkim bildirib.

Jalə