Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
05 Noyabr 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
603
18.01.2022, 23:55
Sarımsaq deyiləndə ağıla ilk gələn şeylərdən biri ağız boşluğunda buraxdığı qoxudur.
Lakin buna baxmayaraq, güclü antioksidant olan sarımsağın faydaları saymaqla bitmir.
Sarımsağın faydaları nələrdir? Hansı xəstəliklərin dərmanıdır? Sarımsaq necə istifadə olunmalıdır?
Sarımsaq nədir?
Allium cinsindən soğanlı bitki növü olan sarımsaq qədim zamanlardan bəri xalq təbabətində istifadə olunur. Tərkibində olan kimyəvi birləşmələr sulfid birləşmələridir. Sarımsağın allisin-antibakterial, anti-parazit və anti-kanserogen xüsusiyyətləri isbatlanıb.
25-100 sm yüksəkliyə qədər boy atan sarımsaq bitkisinin yarpaqlarında, saplarında və torpaq altındakı soğanında qoxulu yağ mövcuddur. Sarımsaq illik bitkidir. O, yabanı şəkildə yetişmir. Sarımsağın başında 84,09 %su, 13,38% orqanik, 1,53% inorqanik madde var. Əlavə olaraq, tərkibində 33 çeşid kükürd birləşməsi, 17 çeşid amin turşusu, germanium, A, B1 və C vitaminləri mövcuddur.
Faydaları
Sarımsaq güclü antibiotik maddə olması ilə məşhurdur. Buna görə də bir çox mövsümi xəstəliklərə qalib gəlir. Sarımsaq nəinki, daxili xəstəliklərdə, hətta gözəllik, cinsi aktivlik kimi məsələlərdə də tez-tez müraciət olunan bitkidir. Diş və qulaq ağrısını ən tez kəsən vasitə olan sarımsaq süd ilə birlikdə istifadə olunduqda daha ağızda pis qoxu buraxmır.
Bununla yanaşı, qrip, revmatizm, səsin batması, astma, badamcıq vəzlərinin şişməsi, öskürək, bronxit və oynaq ağrılarına da dərmandır. Tərlədici təsiri olduğu üçün qızdırmanın düşməsinə köməkçi olur. Bədənin immun sistemini qüvvətləndirir və hüceyrəqoruyucu təsiri ilə cavan qalmağı təmin edir. Bu təsir meningit, HİV virusu ilə mübarizədə də nəzərə çarpır. Ürək-damar sistemini gücləndirir və xolestrol və triqliseritin faizləri üzərində təsirini göstərir.
Xərçəng riskini azaldır
Mütəmadi olaraq çiy və ya az bişmiş sarımsaq istifadə etmək bağırsaq və mədə xərçəngi başda olmaqla, müxtəlif xərçəng növlərinin yaranma riskini azaldır.
ABŞ-da 41000 qadın üzərində aparılan araşdırmanın nəticəsinə görə, mütəmadi sarımsaq, meyvə və tərəvəz istifadə edən qadınlarda xərçəng riski istifadə etməyənlərlə nisbətdə 35% azdır.
Cinsi həyata təsiri
Sarımsaq bir çox mədəniyyətdə cinsi istəyi artıran maddə (afrodiziak) kimi tanınır. Nitrid-oksid ifrazına təşviq edən sarımsaq xolestrolu azaldıb qan təzyiqini artırır. Bu xüsusiyyəti ilə viaqradan daha təsirli olduğu isbatlanıb.
Zərərləri
Faydaları ilə yanaşı, sarımsağın zərərləri də yox deyil. Həddən artıq sarımsaq istifadə etmək mədədə problemlərin yaranmasına səbəb ola bilər. Xüsusilə, mədəsində qastrit olan insanlar sarımsaq yeyərkən diqqətli olmalıdır. Çünki acı ekstraktı ilə mədəyə gedən yolda, mədədə yanma hissi yarada bilir. Süd verən və hamilə qadınlar sarımsaq yeməzdən əvvəl mütləq şəkildə həkimlə məsləhətləşməlidir. Çünki bu, uşaqda qarın ağrısına yol aça bilər.
Sarımsaq yeyərkən ürək bulanması, qarın ağrısı, bədəndə qızarıqlıq və qaşıntı kimi problemlər ortaya çıxarsa, bu, sarımsağın əks təsirinin göstəriciləridir.
13:20 / 05 Noyabr 2026
1
13:12 / 05 Noyabr 2026
68
13:02 / 05 Noyabr 2026
62
13:00 / 05 Noyabr 2026
106
12:56 / 05 Noyabr 2026
68
12:51 / 05 Noyabr 2026
72
12:41 / 05 Noyabr 2026
231
12:40 / 05 Noyabr 2026
81
12:39 / 05 Noyabr 2026
76
12:36 / 05 Noyabr 2026
111
12:27 / 05 Noyabr 2026
401
12:26 / 05 Noyabr 2026
75
12:16 / 05 Noyabr 2026
388
12:14 / 05 Noyabr 2026
76
12:11 / 05 Noyabr 2026
73
12:00 / 05 Noyabr 2026
78
11:48 / 05 Noyabr 2026
99
11:46 / 05 Noyabr 2026
97
11:42 / 05 Noyabr 2026
124
11:34 / 05 Noyabr 2026
510
11:32 / 05 Noyabr 2026
247
11:29 / 05 Noyabr 2026
333
11:21 / 05 Noyabr 2026
304
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.