Qaynar xətt:

(+99450) 247 90 86

İşıq niyə yoxdur?   —  GƏNCƏDƏN ŞİKAYƏT

İşıq niyə yoxdur?   —  GƏNCƏDƏN ŞİKAYƏT

CƏMİYYƏT

74

05.11.2026, 11:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhərində yaşayan bir qrup vətəndaş "Azərişıq"dan şikayətçidir.

Bu barədə Oxu24.com-a müraciət edən Gəncə şəhəri,"Mahrasa" bağı adlandırılan ərazidə yaşayan sakinlər uzun illərdir işıq problemi yaşadıqlarını bildiriblər.

Sakinlərin dediyinə görə,Gəncə şəhəri,Nizami rayonu "Mahrasa" bağları ilə Yeni Gəncə arasında yerlə.ən həyət evləri illərdir ki,işıq problemi ilə üz-üzədir.

"Bizim problemimizə baxan yoxdur.Burada tez-tez işıqlar sönür.Saatlarla işıqsız qalırıq. Bu hər gün təkrarlanır.Səbəbini də deyən yoxdur",-deyə sakin bildirib.

Qeyd edək ki,sözügedən problemlə bağlı saytımıza bir neçə müraciət daxil olub.

Oxu24.com məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlayıb.

Jalə