Qaynar xətt:

(+99450) 247 90 86

Pensiya artımı ilə bağlı RƏSMİ RƏQƏM

Pensiya artımı ilə bağlı RƏSMİ RƏQƏM

CƏMİYYƏT

84

05.11.2026, 11:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır.

Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib.

“Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosial rifahın yüksəldilməsinə xidmət edəcək. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılacağını bəyan etməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə ölkənin əldə etdiyi iqtisadi uğurlar 2027-ci ildə sosialyönümlü büdcə siyasətinin davam etdirilməsi üçün əlverişli zəmin yaradıb. Nəzərdə tutulan artımlar əhalinin gəlirlərinin yüksəlməsinə və sosial rifahının yaxşılaşmasına töhfə verəcək. Gələn il orta aylıq pensiyanın 45 manat artırılaraq 640 manat olacağı proqnozlaşdırılır”, - Musa Quliyev qeyd edib.