Bakıda iki azyaşlı bacı vəfat etdi
25 Noyabr 2026, 13:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
304
05.11.2026, 12:26
Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Sahib Ələkbərov bildirib ki, 2027–2030-cu illərdə minimum sosial standartlar təsdiq olunmuş qaydalara uyğun olaraq yaşayış minimumu, minimum əməkhaqqı, ehtiyac meyarı, habelə sosial müavinətlərin və təqaüdlərin minimum məbləğləri əsasında proqnozlaşdırılır:
“Əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün yaşayış minimumunun dəyəri proqnozlaşdırılarkən Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən faktiki göstəricilər cari ilin gözlənilən və növbəti illər üzrə proqnozlaşdırılan inflyasiya göstəriciləri ilə uyğunlaşdırılmaqla hesablanır. 2027–2030-cu illər üzrə ölkədə yaşayış minimumunun proqnozlaşdırılan dəyəri müvafiq olaraq 314, 329, 344 və 359 manat təşkil edir. 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri 310 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat müəyyən edilib. 2027-ci il üçün qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat məbləğində müəyyən edilib. 2027–2030-cu illər üzrə inflyasiyanın müvafiq olaraq 5,3%, 4,8%, 4,6% və 4,3% olacağı proqnozlaşdırılır. Qarşıdakı dövrdə əsas vəzifələrimiz qəbul edilmiş dəstək alətlərinin tam tətbiqi və onların iqtisadi təsirinin müntəzəm qiymətləndirilməsi, sənaye və istehsal layihələri üçün uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılması, qeyri-neft ixracının həcminin və coğrafiyasının genişləndirilməsi, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın təşviqi, 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının və “Böyük qayıdış”a dair ikinci Dövlət Proqramının icrasının təmin edilməsindən ibarətdir”.
13:11 / 25 Noyabr 2026
1
13:10 / 25 Noyabr 2026
12
12:58 / 25 Noyabr 2026
44
12:57 / 25 Noyabr 2026
47
12:55 / 25 Noyabr 2026
50
12:52 / 25 Noyabr 2026
53
12:45 / 25 Noyabr 2026
60
12:37 / 25 Noyabr 2026
72
12:27 / 25 Noyabr 2026
82
12:21 / 25 Noyabr 2026
113
12:18 / 25 Noyabr 2026
80
12:14 / 25 Noyabr 2026
97
12:05 / 25 Noyabr 2026
92
11:58 / 25 Noyabr 2026
89
11:52 / 25 Noyabr 2026
341
11:50 / 25 Noyabr 2026
107
11:48 / 25 Noyabr 2026
100
11:45 / 25 Noyabr 2026
88
11:40 / 25 Noyabr 2026
106
11:38 / 25 Noyabr 2026
111
11:29 / 25 Noyabr 2026
96
11:25 / 25 Noyabr 2026
104
11:15 / 25 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.