Qaynar xətt:

(+99450) 247 90 86

Alman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandı 

Alman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandı 

DÜNYA

51

05.11.2026, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniya paytaxtının rəsmi qurumları hesab edirlər ki, Berlindəki hotellərdən birində meyiti aşkarlanan Bavariya baş nazirinin müavini, eyni zamanda, iqtisadiyyat naziri və Azad Seçicilər Partiyasının (Freie Wähler) sədri Hubert Ayvanger vəfat edib.

Bu barədə mənbələrə istinadən "Tagesspiegel" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, siyasətçinin ölümünə sağlamlıq problemləri səbəb ola bilərdi. Bununla yanaşı, polis və prokurorluq orqanları hadisənin dəqiq təfərrüatını aydınlaşdırmaq və kənar şəxslərin müdaxiləsini istisna etmək məqsədilə araşdırmaları davam etdirir.

Belə ki, nəşrin məlumatına əsasən, noyabrın 4-də yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə noyabrın 5-də 01:30) Ayvangerin meyitinin aşkarlandığı hotelə Berlin Cinayət Polisi İdarəsinin (LKA) xüsusilə ağır cinayətlər üzrə istintaq qrupu, o cümlədən qətl şöbəsinin əməkdaşları gəliblər.

Qeyd edək ki, siyasətçi Hubert Ayvangerin vəfat etməsi barədə xəbər noyabrın 4-də ictimaiyyətə açıqlanıb. Onun meyiti paytaxt Berlində yerləşən "Neuer Fritz" hotelində aşkar edilib. "Bild" qəzetinin yazdığına əsasən, siyasətçi həmin tarixdə Azad Seçicilər Partiyasının Berlindəki ofisinin açılış mərasiminə qatılmalı olsa da, səhhəti pisləşdiyinə görə tədbirdə iştirak edə bilməyib.