Polad Həşimovun anasına nə olub? - RƏSMİ AÇIQLAMA
05 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
86
05.11.2026, 10:54
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Oxu24.com-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb:
"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir".
Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
11:07 / 05 Noyabr 2026
1
10:59 / 05 Noyabr 2026
36
10:45 / 05 Noyabr 2026
135
10:43 / 05 Noyabr 2026
67
10:38 / 05 Noyabr 2026
100
10:34 / 05 Noyabr 2026
75
10:20 / 05 Noyabr 2026
95
10:14 / 05 Noyabr 2026
64
10:12 / 05 Noyabr 2026
818
10:02 / 05 Noyabr 2026
76
10:00 / 05 Noyabr 2026
90
10:00 / 05 Noyabr 2026
105
09:53 / 05 Noyabr 2026
84
09:31 / 05 Noyabr 2026
442
09:24 / 05 Noyabr 2026
92
09:14 / 05 Noyabr 2026
111
09:12 / 05 Noyabr 2026
89
09:05 / 05 Noyabr 2026
274
07:00 / 05 Noyabr 2026
172
05:00 / 05 Noyabr 2026
605
03:30 / 05 Noyabr 2026
243
01:05 / 05 Noyabr 2026
266
00:18 / 05 Noyabr 2026
456
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.