Xəstəyə əsassız dərman yazan həkimi HANSI CƏZA GÖZLƏYİR?
04 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
62
05.11.2026, 10:59
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb.
Oxu24.com xəbər verir ki, “The Journals of Gerontology: Series A” jurnalında dərc olunan tədqiqat gündüz yuxularının idrak zəifləməsinə birbaşa səbəb olmadığını, lakin demans riski ilə bağlı vacib xəbərdarlıq göstəricisi ola biləcəyini vurğulayır.
Milli Sağlamlıq və Yaşlanma Trendləri Sorğusu çərçivəsində 65 və daha yuxarı yaşda olan 995 nəfər 5 il ərzində izlənilib və həmin müddətdə iştirakçıların 41,9 faizində demans inkişaf etdiyi müəyyənləşib.
Araşdırmaya əsasən, hər gün və ya həftənin əksər günlərində gündüz yatanlarda demans göstəricisi nadir hallarda yatanlara və ya heç yatmayanlara nisbətən 48 faiz, qeyri-iradi şəkildə gündüz yuxuya gedənlərdə isə 39 faiz yüksək olub. Eyni zamanda, gündüz 30 dəqiqə və ya daha az yatanlar arasında demans nisbəti 40 faiz yüksək qeydə alınıb və bu cür yuxular yaddaş pozğunluğu riskinin artması ilə əlaqələndirilib.
Con Hopkins Universitetinin tədqiqatçılarının fikrincə, gündüz tez-tez yuxulamaq demensiyaya səbəb olmaqdan ziyadə, beyində baş verən nevroloji dəyişikliklərin göstəricisi ola bilər. Alimlər bu əlaqənin dəqiq səbəbini və dəyişdirilə bilən risk faktoru olub-olmadığını öyrənmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
11:07 / 05 Noyabr 2026
1
10:54 / 05 Noyabr 2026
78
10:45 / 05 Noyabr 2026
135
10:43 / 05 Noyabr 2026
67
10:38 / 05 Noyabr 2026
100
10:34 / 05 Noyabr 2026
75
10:20 / 05 Noyabr 2026
95
10:14 / 05 Noyabr 2026
64
10:12 / 05 Noyabr 2026
818
10:02 / 05 Noyabr 2026
76
10:00 / 05 Noyabr 2026
90
10:00 / 05 Noyabr 2026
105
09:53 / 05 Noyabr 2026
84
09:31 / 05 Noyabr 2026
442
09:24 / 05 Noyabr 2026
92
09:14 / 05 Noyabr 2026
111
09:12 / 05 Noyabr 2026
89
09:05 / 05 Noyabr 2026
274
07:00 / 05 Noyabr 2026
172
05:00 / 05 Noyabr 2026
605
03:30 / 05 Noyabr 2026
243
01:05 / 05 Noyabr 2026
266
00:18 / 05 Noyabr 2026
456
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.