Təzyiqi aşağı salan 5 əsas qida
10 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
896
29.10.2021, 23:07
Yəqin ki, filmlərdə, xarici ölkələrdən xəbərlərdə bir çox xəstələrin, eləcə də son zamanlar Azərbaycanda hüquq müdafiəçisi Oktay Gülalıyevin komada olması barədə oxumusuz. Komada olan şəxs klinikada həyati vaxib orqanları aparatlara qoşulu vəziyyətdə aylarla qalır.
Statistikaya görə, əgər insan koma halında 1 ildən artıq qalarsa, onun ayılma şansı praktiki olaraq qalmır.
Medicina.az xəbər verir ki, bəzən insanlar ölümdən yox, komaya düşməkdən qorxur. Birdən ölmərəm, komada olaram, bilməzlər deyə düşünür.
Qədim yunancadan koma sözü dərin yuxu deməkdir. Xaricən bu insanın huşsuz vəziyyətdə, ətrafa reaksiya vermədən beyninin sanki sönməsinə bənzəyir.
Lakin komanın digər əlamətləri də var.
- Qapalı gözlər
- Gözləri açanda bəbək işığa reaksiya vermir
- Ağrıya reaksiya yoxdur
- Ayaqlar hərəkətsizdir
- Bir çox hərəkət refleksləri itib
- Adını çağırdıqda, oyatmaq istədikdə ayılmır
- Nəfəs alır, amma tənəffüs normal deyil, nəfəs vermə ilə alma arasında uzun fasilələr var
Bu halda nə etməli?
Yeganə yol təcili ambulans çağırıb, xəstəni qısa müddətdə müasir klinikanın reanimasiya şöbəsinə yerləşdirməkdir. Xəstə yaxın 3 saat ərzində orqanların həyatını təmin edəcək aparatlara qoşulsa, koma vəziyyətində olsa da yaşayacaq.
Komaya nələr səbəb olur:
- Ağır qəzalar, yol qəzaları, kəllə-beyin travmaları
- İnsult – komaların 50% nin səbəbidir
- Diabet – qanda şəkər qəfil çox yüksək qalxsa və ya çox aşağı düşsə, insan diabetik komaya düşür
- Uzun müddət oksigensiz qalma, suda batma və s.
- Ağır infeksiyalar – beyini zədələyən ensefalit və meninqit beyin və onurğa beyin toxumalarını oksigensiz qoyur
- Zəhərlənmə
Müxtəlif toksiki maddələr, qaz və s. beynin zəhərlənməsinə gətirib çıxarır
- Qıcolmalar – epileptik tutmalar komaya səbəb ola bilir
- Beyində şişlər, onkologiya
Bəzi koma növləri geri dönəndir. Xüsusən diabetik komalarda, qanda şəkəri tənzimləyən kimi xəstə oyanır. Amma bu da müəyyən saatlar ərzində olmalıdır.
Xəstənin komadan çıxmasına heç bir həkim zəmanət vermir, amma onlar hər bir müalicə, müdaxiləni edirlər.
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.