Qaynar xətt:

(+99450) 247 90 86

3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır

3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır

TİBB

2832

07.08.2021, 10:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 3-cü doza peyvəndin yüksək risk qrupuna daxil olan şəxslərə vurulması zəruridir.

Oxu24.com -un məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə bildirilib ki, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Qeyd olunub ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.