Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərə "valerian" dərmanı olmaz - Mütləq oxuyun!

Bu şəxslərə \\\"valerian\\\" dərmanı olmaz - Mütləq oxuyun!

TİBB

5362

06.06.2021, 10:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir. Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.
Medicina.az kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir.
- Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər - Yüksək təzyiq xəstələri – müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir - Qaraciyər xəstəliyi olanlar , böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz - Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır - Allergiyası olanlara - Hamilə qadınlara Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər. Yaşlı və xəstə insanları hətta komaya sala bilər.