2027-ci ildə Azərbaycanda böyük həcmli sosial paket icra olunacaq -SAHİL BABAYEV
12 Noyabr 2026, 01:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
21
12.11.2026, 03:10
Keniya xaricdəki diplomatik nümayəndəliklər şəbəkəsinin mərhələli optimallaşdırılması çərçivəsində Bakıda səfirlik açacaq.
Oxu24.com xəbər verir ki, bu barədə Keniyanın Xarici İşlər və Diaspor İşləri Nazirliyinin bəyanatında bildirilib.
Sənədə əsasən, qərar büdcə məhdudiyyətləri və xarici siyasət prioritetləri nəzərə alınmaqla, ölkənin xaricdəki diplomatik təmsilçiliyinin yenidən nəzərdən keçirilməsi çərçivəsində qəbul edilib.
"Nazirlər Kabinetinin rəhbərliyi altında Keniya müvafiq olaraq Mərkəzi Avropa və Mərkəzi Afrikada öz təmsilçiliyini gücləndirmək üçün Bakıda (Azərbaycan) və Brazzavildə (Konqo) yeni nümayəndəliklər açacaq", - bəyanatda bildirilib.
Optimallaşdırmanın birinci mərhələsi çərçivəsində Keniya hökuməti Berndəki (İsveçrə) səfirliyini də bağlamağı planlaşdırır.
"Əvvəllər olduğu kimi, İsveçrə ilə ikitərəfli münasibətlərə dair məsələlər ilə yenidən Keniyanın Londondakı Ali Komissiyası məşğul olacaq. Bununla yanaşı, Keniya Cenevrədə diplomatik təmsilçiliyini qoruyub saxlayacaq, orada ölkənin daimi nümayəndəliyi BMT və orada yerləşən digər çoxtərəfli təşkilatlarla qarşılıqlı fəaliyyətini davam etdirəcək", - məlumatda qeyd olunub.
Bundan əlavə, optimallaşdırma çərçivəsində Keniyanın Port-o-Prensdəki (Haiti) diplomatik nümayəndəliyinin Mexikoya, Havanadakı (Kuba) nümayəndəliyinin isə Kinqstona (Yamayka) köçürülməsi artıq həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan və Keniya arasında diplomatik münasibətlər 28 may 2004-cü ildə qurulub. Azərbaycan Prezidenti İlham Əliyev 18 noyabr 2022-ci ildə Azərbaycanın Keniyada səfirliyinin təsis edilməsi haqqında sənəd imzalayıb.
Keniyanın İrandakı səfiri eyni zamanda Azərbaycanda da akkreditə olunub. İki ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir.
01:25 / 12 Noyabr 2026
97
00:55 / 12 Noyabr 2026
107
00:43 / 12 Noyabr 2026
105
00:35 / 12 Noyabr 2026
229
00:33 / 12 Noyabr 2026
105
00:27 / 12 Noyabr 2026
114
00:24 / 12 Noyabr 2026
126
00:19 / 12 Noyabr 2026
138
00:17 / 12 Noyabr 2026
188
00:11 / 12 Noyabr 2026
133
23:54 / 11 Noyabr 2026
115
23:52 / 11 Noyabr 2026
119
23:50 / 11 Noyabr 2026
142
23:45 / 11 Noyabr 2026
1061
23:28 / 11 Noyabr 2026
112
23:24 / 11 Noyabr 2026
121
23:18 / 11 Noyabr 2026
134
23:09 / 11 Noyabr 2026
131
23:03 / 11 Noyabr 2026
118
23:01 / 11 Noyabr 2026
142
22:55 / 11 Noyabr 2026
117
22:38 / 11 Noyabr 2026
182
22:31 / 11 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.