Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
12 Noyabr 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
33
12.11.2026, 01:25
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Həmçinin pensiya indeksasiyasının ənənəvi qaydada son illərin göstəriciləri və cari ilin 10 ayı ərzində orta əməkhaqqı artımı nəzərə alınaraq hesablandığını diqqətə alsaq, hesab edirik ki, bu indeksasiya yenə inflyasiyadan yüksək olacaq və vətəndaşların gəlirləri artacaq", - nazir əlavə edib.
S. Babayev qeyd edib ki, konkret rəqəmin hazırda açıqlana bilməməsinin səbəbi göstəricinin 12 aylıq orta əməkhaqqı artımına müvafiq təyin edilməsidir: "Biz isə orta illik artım rəqəmini yanvar ayının sonunda, yəni 12 aylıq göstərici tam formalaşdıqdan sonra öyrənə biləcəyik. Lakin cari dövr üzrə artım, yanılmıramsa, 7-8 % civarındadır. Növbəti iki ayın göstəricilərini də real olaraq müşahidə edəcəyik və müvafiq indeksasiya vasitəsilə pensiyaçılarımızın gəlirlərinin həqiqi artımını təmin edə biləcəyik. Yəni həm inflyasiya, həm də digər amillərə qarşı".
O bildirib ki, əhalinin, xüsusən pensiyaçıların rifahının mühafizəsi məqsədilə ölkədə hər il pensiyaların indeksasiyası aparılır: "Bu indeksasiya əvvəlki il ərzində orta əməkhaqqının artım həcminə uyğun formada reallaşdırılır. Son beş il ərzində indeksasiyalar orta hesabla 9 % həddində olub".
Nazirin sözlərinə əsasən, 2027-ci ildə Azərbaycanda böyük həcmli sosial paket icra olunacaq:
"Bu sosial paketin həyata keçirilməsi üçün maliyyə təminatı büdcədə ehtiyat fond şəklində nəzərdə tutulub. Hökumət tərəfindən hazırlanan layihələr yekun variantda dövlət başçısına təqdim olunduqdan və müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin aidiyyəti maddələr üzrə bölüşdürülməsi həyata keçiriləcək və bu rəqəmləri hamımız görə biləcəyik".
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.