Qaraciyər yağlanması bundan imiş - ŞOK SƏBƏB
11 Noyabr 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1429
04.06.2021, 18:50
Randevu.its.gov.az portalında qeydiyyatdan keçməyənə vaksin vurulmayacaq
OXU24.COM REAL TV-yə istinadən xəbər verir ki,koronavirusa qarşı peyvənd olunanların sayı artıb.
Məsələn son sutkada vurulan vaksinlərin sayı 50 988-dir. Əvvəl isə bu rəqəm 20-30 min aralığında olurdu. Peyvənd olunmaq istəyənlərin sayının artması poliklinikaların qarşısında sıxlıqlarla müşahidə olunur. Əslində bu qədər insanın peyvənd olunmaq istəyi koronavirusla mübarizə çərçivəsində son dərəcə müsbət hal hesab olunur. Amma elektron qaydada öncədən növbə almadan birbaşa poliklinikalara üz tutmaq müəyyən problemlər yaradır. Poliklinikalarda birdən -birə bu qədər vətəndaşı qeydiyyata almaq sistemin donmasına səbəb olur. Yasamal rayonu 19 saylı şəhər polklinikasının baş həkiminin müavini Yeganə Cəfərova bildirdi ki, artıq onlayn növbə götürmədən gələn vətəndaşa peyvənd vurulmur, bəzən vətəndaşlar arasında bununla bağlı müəyyən mübahisələr yaranır.
Vətəndaşlar arasında hətta elektron qeydiyyat sisteminin donmasına dair müəyyən fikirlər də irəli sürülür. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi REAL-ın sorğusuna cavab olaraq bununla bağlı bildirdi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilən "COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə elektron xidməti"nin fəaliyyətində heç bir problem yoxdur.
02 iyun 2021-ci il tarixində 40 454 nəfər koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün sözügedən elektron xidmət vasitəsilə müxtəlif tarixlərə onlayn qaydada növbə götürüb.
Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün //randevu.its.gov.az/ saytına daxil olaraq "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürsünlər. Randevu sistemi hər bir tibb müəssisəsinin imkanlarını nəzərə alaraq növbə götürülməsini tənzimləyir.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.