İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1081
04.05.2020, 12:05
Dünyanı koronavirus pandemiyasının cənginə aldığı bir dövrdə onlayn xidmətlər geniş vüsət almağa başlayıb. Əlbəttə ki, xidmətlərlə təminat internetsiz mümkün deyil. Elə bunu nəzərə alan dünya ölkələri bir çox sferalarında, eləcə də, təhsil sahəsində əlçatanlığın təmin olunması üçün pulsuz internet xidmətləri təklif edib.
Bəs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələnin köklü həlli üçün hansı işlər görür? İnternetin pulsuz verilməsi üçün hər hansı addım atılması planlaşdırılırmı?
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edib:
"Təhsil Nazirliyinin quruma müraciəti əsasında ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub”.
Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış "Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq "Azercell” qoşulub:
"Şirkət "Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və "Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir”, - deyə nazirlikdən qeyd edilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında bildirib ki, "Virtual məktəb” layihəsinin icrasını daha geniş təmin etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanlanıb:
"Layihə şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi daşıyır”.
18:47 / 26 Oktyabr 2026
11
18:36 / 26 Oktyabr 2026
45
18:20 / 26 Oktyabr 2026
67
18:10 / 26 Oktyabr 2026
61
17:45 / 26 Oktyabr 2026
131
17:01 / 26 Oktyabr 2026
99
17:00 / 26 Oktyabr 2026
266
16:58 / 26 Oktyabr 2026
74
16:46 / 26 Oktyabr 2026
80
16:42 / 26 Oktyabr 2026
72
16:30 / 26 Oktyabr 2026
102
16:17 / 26 Oktyabr 2026
103
16:08 / 26 Oktyabr 2026
229
15:57 / 26 Oktyabr 2026
91
15:50 / 26 Oktyabr 2026
287
15:48 / 26 Oktyabr 2026
142
15:44 / 26 Oktyabr 2026
199
15:41 / 26 Oktyabr 2026
97
15:37 / 26 Oktyabr 2026
76
15:34 / 26 Oktyabr 2026
104
15:28 / 26 Oktyabr 2026
82
15:19 / 26 Oktyabr 2026
216
15:10 / 26 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.