Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
297
26.10.2026, 17:01
"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzil fondunun yenilənməsi istiqamətində işlər aparılacaq".
Oxu24.com Baku.ws-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, rayonda ümumilikdə 8 binanın sökülməsi planlaşdırılır:
"Onların əksəriyyətini yataqxanalar təşkil edir. Binaların bir hissəsinin dövlət vəsaiti hesabına sökülməsi və sakinlərin köçürülməsi, boşalan ərazilərdə isə abadlıq işlərinin aparılaraq parkların salınması nəzərdə tutulur. Digər binaların söküntüsü və ərazidə yeni yaşayış binalarının inşası investorların vəsaiti hesabına həyata keçiriləcək.
Yenidənqurma işləri Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli, Rizvan Teymurov küçələrini, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərini əhatə edəcək..
Təqdim olunan məlumatda kompensasiya məbləğlərinin yaşayış sahələri üçün 2 000-2 800 manat, qeyri-yaşayış sahələri üçün isə təxminən 2 500-4 000 manat aralığında nəzərdə tutulduğu qeyd olunur".
AQC sdəri əlavə edib ki, söküntü və tikinti işlərinin mərhələli şəkildə aparılması planlaşdırılır:
"Layihələrin əsas məqsədləri köhnəlmiş binaların yenilənməsi, yaşıllıq sahələrinin artırılması və şəhər mühitinin yaxşılaşdırılmasıdır. Kompensasiya məbləğləri və konkret binalar üzrə köçürülmə şərtləri ilə bağlı yekun qərarlar müvafiq qurumların rəsmi açıqlamaları əsasında dəqiqləşdirilməlidir".
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.