Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub
16 Oktyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
58
16.10.2026, 12:25
Dövlət qulluqçularına pensiya kapitalı və aylıq pensiya əlavəsi əsasında pensiya təyin olunacaq.
Oxu24.com -un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan yeni yanaşmaya əsasən, pensiya məbləği ilə dövlət məvacibi (əmək haqqı) arasındakı əlaqə aradan qaldırılacaq və fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək. Pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək.
Dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin üzvlərinə isə konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək.
Qeyd edilib ki, hazırda bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiya məbləğləri fərdi şəxsi hesablarında topladıqları pensiya kapitalına deyil, əmək haqqındakı sonrakı artımlara əsaslanır ki, nəticədə toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşır.
Hesablamalar göstərir ki, əmək haqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir.
Təklif olunan islahatla dövlət qulluqçularının pensiya təminatında qeyri-bərabərlik aradan qalxacaq. Pensiya və pensiya əlavəsinin proaktiv təyinatı imkanı yaranacaq, sözügedən şəxslər inzibati orqanlara müraciət etmədən elektron şəkildə pensiya təyinatı həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
13:22 / 16 Oktyabr 2026
1
13:18 / 16 Oktyabr 2026
10
13:07 / 16 Oktyabr 2026
37
13:04 / 16 Oktyabr 2026
52
13:01 / 16 Oktyabr 2026
42
12:56 / 16 Oktyabr 2026
458
12:53 / 16 Oktyabr 2026
42
12:46 / 16 Oktyabr 2026
52
12:37 / 16 Oktyabr 2026
59
12:32 / 16 Oktyabr 2026
50
12:30 / 16 Oktyabr 2026
47
12:28 / 16 Oktyabr 2026
187
12:23 / 16 Oktyabr 2026
56
12:21 / 16 Oktyabr 2026
49
12:10 / 16 Oktyabr 2026
146
12:08 / 16 Oktyabr 2026
219
12:06 / 16 Oktyabr 2026
137
12:03 / 16 Oktyabr 2026
209
12:00 / 16 Oktyabr 2026
63
11:55 / 16 Oktyabr 2026
81
11:51 / 16 Oktyabr 2026
72
11:46 / 16 Oktyabr 2026
83
11:44 / 16 Oktyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.