Qaynar xətt:

(+99450) 247 90 86

Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalmasına görə Bakı limanında dərinləşmə işləri görülür 

Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalmasına görə Bakı limanında dərinləşmə işləri görülür 

SİYASƏT

75

26.10.2026, 13:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Xəzər dənizində suyun səviyyəsinin azalmasına görə portlarda, Bakı limanında dərinləşmə işləri həyata keçirilir”.

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Niderlandın portların idarəetməsində təcrübəsi var.

Ceyhun Bayramov həmçinin Azərbaycanda su ehtiyatlarının daha effektiv idarəsi ilə bağlı dövlət proqramının icra olunduğunu deyib. Nazir vurğulayıb ki, su sahəsində Niderlandla əməkdaşlıq mümkündür: “Bu sahədə potensial var, Azərbaycan tərəfində də buna ehtiyac duyulur. Gələcəkdə bu əməkdaşlığın genişlənməsi istisna deyil”.