Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Çexiyaya neft satışından qazancını 30 %-ə yaxın artırıb 

Azərbaycan Çexiyaya neft satışından qazancını 30 %-ə yaxın artırıb 

CƏMİYYƏT

63

26.10.2026, 14:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Çexiyaya 1 milyon 326 min 505,29 ton xam neft ixrac edib.

Oxu24.com  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 908 milyon 481,16 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 1,42 %, dəyəri isə 29,53 % çoxdur.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 8,38 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.