Deputat anası ilə FOTOSUNU PAYLAŞDI
15 Noyabr 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
279
26.10.2026, 14:59
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən “El Pizza” restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Bu barədə Oxu24.com-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən restoranın mətbəxində yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq təbii qaz təsərrüfatından istifadə edilir, obyektdə standarta uyğun olmayan odun sobalarından istifadə olunur, obyektdə mövcud olan odsöndürən balonlar döşəmə səviyyəsindən 1.5 metr hündürlükdə yerləşdirilməyib, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib, obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsi təqdim edilməyib.
"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən “El Pizza” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd olunub.
20:39 / 15 Noyabr 2026
20
20:30 / 15 Noyabr 2026
50
20:09 / 15 Noyabr 2026
236
19:51 / 15 Noyabr 2026
255
19:37 / 15 Noyabr 2026
77
19:17 / 15 Noyabr 2026
89
19:09 / 15 Noyabr 2026
88
18:40 / 15 Noyabr 2026
102
18:05 / 15 Noyabr 2026
138
17:53 / 15 Noyabr 2026
1737
17:43 / 15 Noyabr 2026
720
17:16 / 15 Noyabr 2026
606
17:12 / 15 Noyabr 2026
3232
17:09 / 15 Noyabr 2026
116
15:50 / 15 Noyabr 2026
129
15:25 / 15 Noyabr 2026
163
15:15 / 15 Noyabr 2026
146
14:47 / 15 Noyabr 2026
209
14:34 / 15 Noyabr 2026
412
14:25 / 15 Noyabr 2026
169
14:19 / 15 Noyabr 2026
142
14:02 / 15 Noyabr 2026
568
13:27 / 15 Noyabr 2026
420
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.