Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
248
26.10.2026, 16:58
Oktyabrın 27-28-də Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuroru Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini Çingiz Aşirbekoviç Axmatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, Baş prokuror əvvəlcə Çingiz Axmatovu 2026-cı ilin sentyabrında yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Görüşdə çıxış edən Baş prokuror Azərbaycan və Qırğızıstan xalqlarını birləşdirən ortaq türk köklərinin, dini və mədəni dəyərlərin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğulayıb. Dövlət başçıları arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Baş prokuror Qırğızıstan Prezidenti Sadır Japarovun 2026-cı ilin mayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana, eləcə də oktyabrın 14-15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Sammitində iştirak etmək məqsədilə Bakıya səfərlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2026-cı il tarixdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə Qırğızıstana səfəri və səfər çərçivəsində əldə olunmuş nəticələr xatırladılıb.
Görüşdə Azərbaycan və Qırğızıstan prokurorluq orqanları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Cinayət işləri üzrə hüquqi yardım haqqında sorğuların operativ və səmərəli icrası, cinayət törətmiş şəxslərin ekstradisiyası, axtarışda olan şəxslərlə bağlı əməkdaşlığın gücləndirilməsi, habelə korrupsiya və digər transmilli cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsinin genişləndirilməsi və qabaqcıl təcrübənin paylaşılmasının vacibliyi vurğulanıb.
Baş prokuror, həmçinin, 2026-cı ilin sentyabrında Kazan şəhərində keçirilmiş MDB ölkələri Baş prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclası çərçivəsində Qırğızıstan Respublikasının Baş prokuroru Malik Bekturqanov ilə görüşünü xatırladaraq, həmin təmasların prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib.
Çingiz Axmatov səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələrin daha da genişləndirilməsinin, qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinin və birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın və müasir kommunikasiya texnologiyalarının tətbiqi ilə maraqlandığını bildirib. Bu xüsusda, kibertəhlükəsizliyin təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin aşkarlanması və araşdırılması, elektron sübutların əldə edilməsi və təhlili, habelə bu sahələrdə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşün sonunda prokurorluq orqanları arasında əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi, hüquqi yardımın səmərəliliyinin artırılması və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.
21:57 / 15 Noyabr 2026
1
21:37 / 15 Noyabr 2026
310
21:07 / 15 Noyabr 2026
555
20:58 / 15 Noyabr 2026
348
20:55 / 15 Noyabr 2026
98
20:44 / 15 Noyabr 2026
210
20:39 / 15 Noyabr 2026
95
20:30 / 15 Noyabr 2026
119
20:09 / 15 Noyabr 2026
349
19:51 / 15 Noyabr 2026
380
19:37 / 15 Noyabr 2026
123
19:17 / 15 Noyabr 2026
133
19:09 / 15 Noyabr 2026
121
18:40 / 15 Noyabr 2026
139
18:05 / 15 Noyabr 2026
150
17:53 / 15 Noyabr 2026
1969
17:43 / 15 Noyabr 2026
785
17:16 / 15 Noyabr 2026
678
17:12 / 15 Noyabr 2026
3950
17:09 / 15 Noyabr 2026
127
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
174
15:15 / 15 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.