Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3023
az

5 manatı olmayan xəstənin təyziqini ölçmədilər -

12:5520 İyun, 2018
2917
TİBB
  • A
 Bakıda özəl klinikalardan birində pasientə qarşı xəstəxana işçiləri tərəfindən tibb işçilərinə yaraşmayan hərəkət baş verib.

Oxu24.com Femida.az-a istinadən  xəbər verir ki, "Mediland Hospital”da müayinələrdən keçməyə gələn vətəndaş S.Məcidovanın hospital işçiləri tərəfindən verilən maye vasitəni qəbul etdikdən sonra vəziyyəti pisləşib. Xəstənin yaxınlarının saytımıza verdiyi məlumata görə, Klinikada kompüter tomoqrafiyası (KT)və maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası (MRT) xidmətlərindən istifadə etmək üçün müraciət ediblər. Ödənişləri etdikdən sonra xəstəyə qəbul etmək üçün maye verilib və bundan sonra onun vəziyyəti pisləşib.Xəstənin təcili yardıma ehtiyacı olduğunu bildirdikdə klinikanın qeydiyyat şöbəsinin əməkdaşları təcili yardım üçün əvvəlcə ödəniş edilməsini və çeki təqdim etdikdən sonra xəstəyə yardım edəcəklərini bildiriblər. Bu isə onların narazılığına səbəb olub.

“Biz klinikaya kifayət qədər ödəniş etmişik. Xəstə verilən mayedən sonra özünü pis hiss edibsə, ona yardımı da klinikanın əməkdaşları etməlidir.Onlarsa bizə kömək əvəzinə, pul ödəməyimizi tələb etdilər”, deyə xəstənin yaxınları saytımıza bildirib.

"Mediland Hospital”da narazılıq bununla bitməyib. Əvvəlcədən xəstənin müayinəsi üçün həkimlə vaxt razılaşdırılsa da, klinikada ixtisasa uyğun həkim tapılmayıb.

“Biz bir gün əvvəl klinikaya zəng etdik və müayinələrdən əvvəl həkimlə danışmağa ehtiyac olduğunu bildirdik. Bizi qəbula yazan şəxslər günün birinci yarısı İlahə adlı həkimin orada olacağını bildirmişdilər.Amma klinikaya gedəndə bunun əksinin şahidi olduq. Bizə deyilmiş həkimlərin heç biri yerində yox idi.Klinikanın əməkdaşları dedilər ki, həkimlər nəticələrə kompyuter sistemi ilə baxacaq və bizə cavab verəcəklər”, deyə xəstənin yaxınları bildirib.

Femida.az məsələ ilə bağlı "Mediland Hospital”la əlaqə saxlayıb.Hospitalın Tibbi Xidmət qeydiyyatı və Təcili Yardım şöbəsinin müdiri Yeganə Cabbarova baş verən hadisəyə aydınlıq gətirib.

“Bəli, dünən Hospitalımızda belə bir hadisə yaşanıb. Məlumat üçün bildirim ki, bura özəl klinikadır.Bütün xidmətlər ödənişlidir.Ödəniş olunmadan işçilərin kiməsə xidmət göstərməyə ixtiyarı yoxdur.Bizim qeydiyyat şöbəsinin əməkdaşları da bunu nəzərə alıb və xəstəyə bildiriblər.Xəstənin yaxınları narazılıq etdikdən sonra biz onu təcili tibbi yardım şöbəsinə qəbul etdik və lazımı köməkliyi etdik.”


Şöbə müdiri həkimlərin yerində olmaması iddiasına da aydınlıq gətirib.


“Bildiyiniz kimi həkimlər bir neçə yerdə çalışır.Bizdə də bu praktikadan istifadə olunur. Həmin pasient bizə müraciət edəndə həkimin iş vaxtı artıq bitmişdi.”

Bəs növbətçi həkimlər yoxdurmu? sualına şöbə müdiri belə cavab verib.

“Həmin vaxt əvəzləyici həkimin də iş saatı bitmişdi.Bu səbəbdən də biz cavabı elektron qaydada həkimə göndərdik və o cavabı yazdı. Biz də xəstəyə cavabları elə həmin gün təqdim etdik.”

Qeyd edək ki, "Mediland Hospital” ətrafında mətbuatda zaman-zaman qalmaqallı materiallar dərc olunur.Hospitalın baş həkimi hazırda Günel Əliyevadır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş Həkimlərin etik davranış qaydalarına görə, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Həkim öz işində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur. Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır. Həkim öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər.

Qeyd: Bu Qaydaların tələbləri eyni zamanda orta tibb işçilərinə də şamil olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi