Qaynar xətt:

(+99450) 247 90 86

Onkoloq XƏBƏRDARLIQ EDİR: Xərçəng xəstəliyinə tutulduğumuzu necə bilməliyik?

Onkoloq XƏBƏRDARLIQ EDİR: Xərçəng xəstəliyinə tutulduğumuzu necə bilməliyik?

TİBB

1439

13.12.2025, 22:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xərçənglə üz-üzə: ümid, mübarizə və reallıq

Xərçəng orqanizmdə hüceyrələrin nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranan ağır xəstəliklər qrupudur. Normalda hüceyrələr müəyyən qayda ilə bölünür və ömrünü tamamladıqdan sonra məhv olur. Xərçəng zamanı isə bu mexanizm pozulur, anormal hüceyrələr sürətlə çoxalaraq toxuma və orqanlara zərər verir.

Oxu24.com cəmiyyəti bu xəstəliklə bağlı maarifləndirmək məqsədi ilə həkim onkoloq Nurlana Əliyeva ilə həmsöhbət olub.

Onkoloq Nurlana Əliyeva  açıqlamasında bildirib ki, onkoloji xəstəliyə şübhəsi olan insanda daimi halsızlıq, yorğunluq, iştahsızlıq hissi, çəki itirmə, bədən hərarətinin qalxması, yuxusuzluq, düz bağırsaqdan qanaxma əlamətləri, ishal, qəbzlik, öskürək və bəlğəmda qan olması, bədənin hər-hansısa nayihəsində şişkinlik və başqa əlamətlər olur:

“Xəstənin xarici görünüşünə baxaraq əgər biz hər-hansı əlamətdən şübhələniriksə, demək bu artıq gecikmiş mərhələdir, yəni yayılmış xərçəngdir. Bəs bunun əlamətləri nələrdir? Əgər xəstə həddindən artıq kilo veribsə, dərinin görünən selikli qişalarında tündləşmə, saralma, çəki itirmə varsa, artıq bu o deməkdir ki, xərçəng içəridə öz işini görüb, bütün orqanlara yayılıb",-deyə onkoloq bildirib.

Xərçəngi necə təyin etmək olur?

-Xərçəngi təyin etmək üçün ilkin analizlərdə, biz burda qan təhlilləri edə bilərik, radioloji müayinələri(ultrasəs, kompüter tomoqrafiyası, mamoqrafiya,MRT) edə bilərik. Lakin biz bununla heç vaxt xərçəng diaqnozu qoymuruq. Xərçəng diaqnozu yalnız biopsiya icra edilibsə, və biopsiya nəticəsində atipik hüceylərində maliqnizasiya aşkar olunubsa, biz o zaman xəstəyə xərçəng diaqnozu mərhələsini qoyuruq. Mərhələyə də uyğun olaraq müalicə planını tərtib edib, müalicəyə başlayırıq. 

Bəs kimlər daha çox risk qarşısındadır?

Ümumiyyətlə, risk altında olan insanlar qeyri-sağlam həyat tərzi aparan, şəkərdən çox istifadə edən, tütün məhsullarından, alkoqoldan istifadə edən, az hərəkətli insanlardır. Amma bundan başqa bəzi hallarda insan normal sağlamdır, lakin o insan da onkoloji xəstəliyə tutulub. Bu nədən irəli gələ bilər? Əlbəttə ki, irsiyyət faktorundan irəli gəlir. Bu təxminən 5-10% risk təşkil edir. 

Hazırda onkoloji xəstəliklərdə cavanlaşma gedir. Belə ki, daha cavan yaşlarda, uşaqlarda aşkar olunur. Amma mən deyərdim ki, xərçəng bütün yaş qruplarında aşkarlana bilər. Çünki, xərçəngin əmələ gəlməsində hüceyrəmizdə baş verən dəyişikliklər səbəb olur. Onsuz da bizim orqanizmimiz hüceyrələrdən təşkil olunduğuna görə həyatımızın hər-hansısa bir dönəmində bir bölünmə ola bilər və o da xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər. 

Xəstəlik ən çox qadınlarda rast gəlinir.  Məsələn süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi qadınlarda əmələ gəlir. Kişilərdə isə ağciyər xərçəngi, prostat vəzi xərçəngi əmələ gəlir. 

Bizim hər birimizin genlərində nəsillərdən miras qalan məlumatlar var. Xərçəng xəstələrinin də bir qismi 5-10%ə qədəri irsi faktorlardan asılıdır. Yəni genetik ötürülmə nəticəsində onkoloji xəstəlik yaradan mutasiyalar baş verir ki, o mutasiyalar da əgər valideyndə varsa, valideyndən övlada keçir. Bir ailənin üzvündə bir neçə oxşar növ xərçənglər əmələ gələ bilər. Bu da sırf genetikanın onkoloji xəstəliklərdə rolunu göstərir ki,  həqiqətən də irsiyyət böyük rol oynayır. Hazırki dövrdə biz mutasiyaları aşkarlaya bilirik, qarşısını ala bilirik.

-Bəs kişi və qadın xərçəngləri ağırlığına görə fərqlənirmi?

Kişi və qadın orqanizmləri çox mürəkkəbdir. Bizi idarə edən bizim hormonlarımızdır. Cinsiyyətlə bağlı fərqli hormonlar olduğuna görə xərçəng növləri də qadınlarda və kişilərdə fərqli olur. Ümumiyyətlə desək, xərçəngin ağırlığı qadın, kişiyə baxmır. Xərçəngin 4 mərhələsi var. Birdə hüceyrə səviyyəsində aşkar olunan xərçəng. Artıq bu 0-cı mərhələdir. Bu mərhələ xərçəngə tutulmuş pasiyentlər daha şanslı olur, nəinki 3-cü, 4-cü mərhələ xərçəng aşkarlanmış xəstələr. İlkin mərhələdə aparılan müalicə taktikası ağırlıq dərəcəsinə görə yayılmış, yəni 3 və 4-cü mərhələlərdə aparılmış müalicə taktikasından çox fərqlidir. 4-cü mərhələnin müalicə metodları ilkin mərhələdən daha məhdud olsa da, sağalma şansı vardır. 

Hazırda insanlar əgər xərçəng diaqnozu qoyulubsa, buna ölüm hökmü kimi yanaşır. Hətta ən qeyri-onkoloji prosedura belə təşvişlə yanaşırlar. Bu düzgün yanaşma deyil. Müdaxiləsi çətinlik törədən xərçəng növləri var. Müdaxiləsi olmayan heç bir xərçəng növü yoxdur. Sadəcə həmin pasiyentlərə ümid, motivasiya lazımdır.

Tövsiyə olaraq qeyd edərdim ki, hər gün insanlar tüpürcək rənginə, sidik rənginə yuxudan durduqda diqqət yetirsinlər ki, nə dəyişiklik var. Bu dəyişikliklərin hər biri bizim orqanizmimizin bizə imdat siqnalı verməyidir ki, mənə kömək et.

Müayinə və müalicə üçün 📱 +994502264462

🏥1-5 ci günlər Milli Onkologiya Mərkəzi

🏥Şənbə günü Baku Medical Plaza Babək

Çimnaz Telmanqızı

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

121

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

94

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

121

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

76

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

81

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

75

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

156

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

79

0
Bu ölkə İrana uçuşları bərpa etdi

17:56 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə İrana uçuşları bərpa etdi

85

0
Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

17:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

93

0
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib 

17:53 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib 

70

0
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

17:52 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

71

0