Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
233
14.08.2026, 12:59
Narkotik maddə, psixotrop dərman və alkoqol kimi zərərli vərdişlər, eləcə də onların fonunda yaranan psixi və davranış pozuntuları müasir cəmiyyətin ən ciddi problemlərindən birinə çevrilib.
Oxu24.com xəbər verir ki, xəstəliklərin Beynəlxalq Təsnifatı və DSM standartlarına əsasən asılılıqlar sırf psixiatrik pozuntu və xəstəlik hesab olunur. Asılılığın əsasən iki böyük qrupu var:
1. Kimyəvi (maddə) asılılıqları
•Narkotik maddə asılılığı: Amfetamin qrupuna daxil olan metanfetamin, kokain və heroin asılılığı.
•Psixotrop dərman asılılığı: Sonluğu "zepam"la bitən benzodiazepinlər (Fenazepam, Diazepam), eləcə də Preqabalin (Lirika) kimi vasitələr.
•Alkoqol və tütün (siqaret) asılılığı.
2. Davranış asılılıqları
Bu qrupa sosial şəbəkələrdən, sürətli videolar izləməkdən, internet və telefondan, müxtəlif oyunlardan, qumardan, cinsi münasibətlərdən, eləcə də alış-veriş və yemək yeməkdən yaranan asılılıqlar daxildir.
Asılılıq necə və niyə yaranır?
Asılılıq şəxsin məruz qaldığı stress faktorlarından və ya keçmişdə yaşadığı psixoloji travmalardan qaynaqlana bilər. Yaranma riskini artıran əsas amillər bunlardır:
•Ailədən ayrılmaq, yaxınını itirmək və ya münasibətlərin pozulması;
•Sosial-iqtisadi sıxıntılar, borc və bankrot olmaq;
•Genetik meyllilik (ailə üzvlərində asılılığın olması);
•Şəxsiyyət xüsusiyyətləri (depressiv, obsessiv, təşvişli, borderline və ya antisosial şəxsiyyət tipləri).
Şəxs adətən ilk etapda maddə və ya davranışı sadəcə maraq, yoxlamaq məqsədilə istifadə edir və istədiyi an imtina edə biləcəyini düşünür. Lakin zaman keçdikcə orqanizmin həmin maddəyə tələbatı və həvesi artır, bədən buna öyrəşir.
Nəticədə istifadə intervalları qısalır, doza artır və şəxs davamlı olaraq daha sıq-sıq istifadə etməyə başlayır. Bu hal xüsusilə beynin ön payına — frontal loba (alın payına) ciddi təsir göstərərək şəxsin idarəetmə və qərarvermə qabiliyyətini zəiflədir.
17:08 / 14 Oktyabr 2026
14
17:01 / 14 Oktyabr 2026
64
16:59 / 14 Oktyabr 2026
45
16:50 / 14 Oktyabr 2026
84
16:45 / 14 Oktyabr 2026
70
16:38 / 14 Oktyabr 2026
92
16:33 / 14 Oktyabr 2026
65
16:25 / 14 Oktyabr 2026
118
16:21 / 14 Oktyabr 2026
66
16:19 / 14 Oktyabr 2026
62
16:15 / 14 Oktyabr 2026
127
16:15 / 14 Oktyabr 2026
91
16:11 / 14 Oktyabr 2026
89
15:53 / 14 Oktyabr 2026
650
15:43 / 14 Oktyabr 2026
86
15:37 / 14 Oktyabr 2026
178
15:34 / 14 Oktyabr 2026
88
15:31 / 14 Oktyabr 2026
131
15:18 / 14 Oktyabr 2026
90
15:14 / 14 Oktyabr 2026
388
15:10 / 14 Oktyabr 2026
81
15:05 / 14 Oktyabr 2026
80
14:53 / 14 Oktyabr 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.