Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
03 Noyabr 2026, 15:52
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
205
03.11.2026, 16:01
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər.
Oxu24.com Gununsesi.info-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Belə ki, Kamilə Əliyeva ifadəsində atasının evində baş verən hadisələr, ona təqdim edilən sənəd və Ramiz Mehdiyevin həmin sənədlə bağlı mövqeyi barədə danışıb.
Onun sözlərinə görə, 2025-ci il oktyabrın 8-də qardaşı Teymur Mehdiyev ona zəng edərək atalarının evində nəsə baş verdiyini, bəzi sənədlərin isə evdən aparıldığını bildirib. Bundan sonra o, atasının Abbas Səhhət küçəsində yerləşən evinə gedib.
Kamilə Əliyeva bildirib ki, evdə atası və anası ilə görüşdükdən sonra Ramiz Mehdiyev onunla söhbət etmək istəyib. Bu zaman atası ona Azərbaycan Milli Elmlər Akademiyasının adı yazılmış kağız qovluq təqdim edib:
"Qovluğu açarkən orada yarımçıq yazılmış bir vərəq gördüm. Yazının xəttindən onun atama məxsus olduğunu anladım.
Həmin yazıda Azərbaycanda parlamentin zəif olması, korrupsiya halları və vətəndaş müraciətlərinə münasibətlə bağlı tənqidi fikirlər yer almışdım.
Yazını oxuyarkən güclü stres keçirdim deyə sona qədər oxuya bilmədim. Həyat yoldaşım İlham Əliyevə bu barədə danışdım. O da yazılanlarla tanış olduqdan sonra atamdan bu sənədi kiməsə göndərmək niyyətində olub-olmadığını soruşdu".
Şahidin ifadəsinə görə, o, atasına həmin vərəqi cırıb atmağı məsləhət görüb. Lakin Ramiz Mehdiyev artıq altı ildir təqaüddə olduğunu və kiməsə məsləhət vermək zərurətinin olmadığını deyib.
Kamilə Əliyeva atasından yazının çap olunub-olunmayacağını da soruşduğunu, lakin bu suala cavab almadığını bildirib: "Bundan sonra atam vərəqi əlimdən alıb. Hadisədən sonra atam iki gün mənimlə danışmayıb".
O, həmçinin atasının şəxsi sənədlərini yalnız öz otağında saxladığını və heç kimlə bölüşmədiyini qeyd edib.
Kamilə Əliyeva ifadəsində məlum yazının sonradan hansı taleyi yaşadığı, məhv edilib-edilmədiyi barədə məlumatının olmadığını da bildirib.
17:10 / 03 Noyabr 2026
18
16:56 / 03 Noyabr 2026
63
16:51 / 03 Noyabr 2026
128
16:43 / 03 Noyabr 2026
69
16:35 / 03 Noyabr 2026
141
16:31 / 03 Noyabr 2026
114
16:23 / 03 Noyabr 2026
453
16:21 / 03 Noyabr 2026
119
16:13 / 03 Noyabr 2026
118
15:55 / 03 Noyabr 2026
147
15:52 / 03 Noyabr 2026
79
15:20 / 03 Noyabr 2026
121
15:05 / 03 Noyabr 2026
125
14:50 / 03 Noyabr 2026
134
14:50 / 03 Noyabr 2026
148
14:30 / 03 Noyabr 2026
212
14:24 / 03 Noyabr 2026
261
14:21 / 03 Noyabr 2026
245
14:15 / 03 Noyabr 2026
160
13:53 / 03 Noyabr 2026
137
13:49 / 03 Noyabr 2026
167
13:37 / 03 Noyabr 2026
555
13:25 / 03 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.