Fərid Usubov ifadə verdi
07 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
234
03.11.2026, 14:50
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı cinayət işi üzrə məhkəmə başlayır.
Baş Prokurorluğun Mətbuat xidmətində Oxu24.com-a verilən xəbərə görə, 5 avqust 2013-cü il tarixdə Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.
22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
01:05 / 07 Noyabr 2026
102
00:23 / 07 Noyabr 2026
239
00:10 / 07 Noyabr 2026
394
00:06 / 07 Noyabr 2026
202
23:59 / 06 Noyabr 2026
295
23:42 / 06 Noyabr 2026
436
23:37 / 06 Noyabr 2026
245
23:32 / 06 Noyabr 2026
168
23:28 / 06 Noyabr 2026
287
23:21 / 06 Noyabr 2026
164
23:17 / 06 Noyabr 2026
155
23:11 / 06 Noyabr 2026
134
23:00 / 06 Noyabr 2026
147
22:55 / 06 Noyabr 2026
149
22:48 / 06 Noyabr 2026
740
22:42 / 06 Noyabr 2026
137
22:38 / 06 Noyabr 2026
297
22:32 / 06 Noyabr 2026
142
22:26 / 06 Noyabr 2026
132
22:16 / 06 Noyabr 2026
125
22:05 / 06 Noyabr 2026
755
22:01 / 06 Noyabr 2026
192
21:59 / 06 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.