Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı məhkımə başlayır
03 Noyabr 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
114
03.11.2026, 13:49
Meydan TV-nin hǝbsdǝ olan üç ǝmǝkdaşı telekanalın Berlindəki rəhbərliyinə qarşı sərt bəyanat yayıb.
Oxu24.com xəbər verir ki, bu barədə jurnalist Əfqan Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib.
Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudova tərəfindən hazırlanan bəyanatda Meydan TV-nin hazırda pis idarǝçilik altında olduğu qeyd olunub: “Yaradıcı azadlığın qamçılandığı, işçilǝri psixoloji tǝzyiq altında saxlayan media bu gün dǝyǝrli ǝmǝkdaşlarını, TV-nin ǝsas işçi heyǝtini itirmǝklǝ üzlǝşib. Redaksiyada bu şǝrtlǝrǝ boyun ǝymǝyib baş qaldıran işçilǝr ard-arda istefa vermǝyǝ mǝcbur buraxılır.
...Menecer kimi işǝ başlayan Matt Kasper gedişatda özünü direktor vǝ tǝk söz sahibi elan edib. Bu şǝxs baş ofisi Berlindǝ yerlǝşǝn Meydan TV-ni qeyri-demokratik vǝ qeyri-şǝffaf formada idarǝ edir. Peşǝsi sorğulamaq olan, azad ruhlu, kimsǝnin diktǝsi ilǝ hǝrǝkǝt etmǝyǝn jurnalistlǝr üzǝrindǝ iyerarxiya qurub aldığı qǝrarları qeyri-şǝrtsiz qǝbul etdirmǝyǝ çalışır. Onun ǝn böyük dǝstǝkçisi, baş redaktor vǝzifǝsini müvǝqqǝti icra edǝn Sevda Sǝmǝdova işçilǝrǝ mobbinq vǝ zorbalıq edir. Yaradıcı mühiti onlar üçün dözülmǝz hala gǝtirir. S. Sǝmǝdova “işçi haqları tanımıram” deyǝ bǝyan edǝrǝk daxili strukturun demokratiyanın ǝsas sütunu olan seçki yolu ilǝ formalaşmasını qǝbul etmir”.
Bəyanatda vurğulanıb ki, jurnalistlərin hǝbsdǝ olduqları 23 ay ǝrzindǝ müdafiǝ kampaniyası qurulmayıb, rǝhbǝrliyǝ ünvanladıqları suallar cavabsız qalıb, hesabatlılıq tǝmin olunmayıb: “Hǝbsxanadan yazdığımız mǝqalǝlǝrin dǝrci süni şǝkildǝ gecikdirildi, mǝhkǝmǝmiz ǝhatǝli formada işıqlandırılmadı. Bunlara etiraz edǝrkǝn “Nǝyi, necǝ, nǝ vaxt etmǝk lazım olduğunu biz bilirik” cavabını aldıq. “Hǝr kǝsin meydanı, alternativ media olacağıq” şüarları ilǝ yaradılan TV sǝhifǝlǝri mǝhdud mövzular vǝ Azǝrbaycan cǝmiyyǝtinǝ xitab etmǝyǝn xarici kontentlǝ doldurulur. Biz bu cür fǝaliyyǝt göstǝrǝn kanalımızın hazırkı rǝhbǝrliyini qǝbul etmirik. Meydan TV-dǝ demokratik mühit bǝrqǝrar olana, adıçǝkilǝn şǝxslǝr vǝzifǝdǝn uzaqlaşdırılana qǝdǝr onların yanında duruş gǝtirmǝdiyimizi bǝyan edirik”.\\qafqazinfo
14:50 / 03 Noyabr 2026
1
14:50 / 03 Noyabr 2026
8
14:30 / 03 Noyabr 2026
78
14:24 / 03 Noyabr 2026
92
14:21 / 03 Noyabr 2026
104
14:15 / 03 Noyabr 2026
70
13:53 / 03 Noyabr 2026
93
13:37 / 03 Noyabr 2026
127
13:25 / 03 Noyabr 2026
70
13:16 / 03 Noyabr 2026
235
13:04 / 03 Noyabr 2026
2739
12:43 / 03 Noyabr 2026
106
12:38 / 03 Noyabr 2026
1321
12:30 / 03 Noyabr 2026
679
12:24 / 03 Noyabr 2026
129
12:20 / 03 Noyabr 2026
115
12:17 / 03 Noyabr 2026
418
12:09 / 03 Noyabr 2026
83
12:06 / 03 Noyabr 2026
107
12:01 / 03 Noyabr 2026
165
11:59 / 03 Noyabr 2026
119
11:57 / 03 Noyabr 2026
93
11:46 / 03 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.